“Global Project Development” investisiya şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalandı (+FOTOLAR)

Təqvim
“Global Project Development” investisiya şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalandı (+FOTOLAR)
25 iyun 2019 - 14:27

İyunun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı.

Memorandum “Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır.

Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.

Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi  prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.

Sənədi "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi və "ASK Business Consulting" şirkətinin direktoru Fərqanə Həsənova imzaladı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov hər iki tərəfə uğurlar arzulayaraq, yeni investisiyaların cəlbində Azərbaycan şirkətlərinin seçilməsi prosesinə start veriləcəyini vurğuladı.

Badear Bhaişan Al-Mutairi qeyd etdi ki, ASK-nı bir komanda kimi görür və eyni qrupda işləməyə hazırdırlar. O, Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər Azərbaycan şirkətlərinin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirdi.

“ASK üzvləri arasında rəqabətədavamlı məhsul istehsalçıları çoxdur və onlar xaricə, xüsusən də Körfəz ölkələrinə çıxmaqda maraqlıdırlar”, deyə V. Zeynalov söylədi.

Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş etdi. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqladı.

  

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə