Təqvim
Astara rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur (+FOTOLAR)
20 iyun 2019 - 20:24

Canveten.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına hesablanmış yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Hazırda Astara rayonunda bu çərçivədə 11.6 km uzunluğa malik və 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur.

Astara rayonunun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Yol uzun illər təmir olunmadan istismar olunduğundan yolun hərəkət hissəsində qabarma və çökmələr əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə  səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu genişmiqyaslı yenidənqurma işləri aparılır.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq kipləşdirmə işləri görülüb və 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədi ilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə 300 və 500 mm diametrli yeni borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu 130 min kv.m sahədə layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir.

Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yolun yenidən qurulması ilə vətəndaşların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral avtomobil yolu vasitəsi ilə respublikanın digər şəhər və rayonlarına rahat gediş-gəlişi təmin olunacaq, ərazidə insanların sosial həyat şəraitinə müsbət təsir edən sahələr inkişaf edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK, TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə