Təqvim
Akademik Akif Əlizadə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvləri ilə görüşüb (+FOTO)
15 iyun 2019 - 04:13

Canveten.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro üzvləri ilə görüş  keçirilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif ƏlizadəFRTEB-in akademiyanın aparıcı elmi bölməsi olduğunu vurğulayaraq bölmənin son 5 ildə fəaliyyətini yeni elmi istiqamətlərdə qurduğunu deyib.

Elmi-texniki infrastrukturu modernləşdirmək istiqamətində akademiyanın bölmədən böyük gözləntiləri olduğunu söyləyən AMEA rəhbəri elmi tədqiqatların səmərəsini artırmaq, eyni zamanda beynəlxalq elmi əlaqələri gücləndirmək məqsədilə bölmənin xarici elmi mərkəzlərlə əməkdaşlıq imkanlarını daha da genişləndirməyi tövsiyə edib.Bölməyə daxil olan hər bir elmi müəssisəyə yeni elmi istiqamətlərdə təqdiqatlarıdigər institutlarla müştərək aparmağı, doktorant və dissertantlar üçün müasir elmin tələblərinə uyğun dissertasiya mövzuları müəyyənləşdirməyi tapşırıb.

Çıxışında İKT-nin elmi fəaliyyətdə tətbiqindən söz açan akademik A.Əlizadə proqram mühəndisliyi, idarəetmə sistemləri, robotlaşma texnologiyaları sahələrində, eləcə də biofizika sahəsində, uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin tədqiqində müasir texnologiyalardan istifadə yolu ilə elmi araşdırmalara üstünlük verməyə, həmçininölkənin informasiya təhlükəsizliyivə bu istiqamət üzrə kadrların hazırlanmasında müvafiq institutları fəal olmağa çağırıb.

Akademik ötən ay ölkəmizdə rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev iləgörüşdə müzakirəedilən məsələlərə də toxunub. Görüş çərçivəsində iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişdən danışıb. Xüsusilə də  Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemlərinin birgə tədqiqatlar üçün prioritet istiqamət olduğunu vurğulayıb.

AMEA prezidenti akademiyanın Yüksək Texnologiyalar Parkının istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmasını,Strateji Elmi Tədqiqatlar Mərkəzininstrateji əhəmiyyətli layihələrin hazırlanmasında, intellektual, hərbi-elmi və texniki potensialın artırılmasında əhəmiyyətli işlər gördüyünü də diqqətə çatdırıb.Bildirib ki, qeyd olunan sahələrdə fəaliyyəti daha da inkişaf etdirmək üçün  onlara elmi-texniki dəstəyi ilk növbədə FRTEBgöstərməlidir.

Görüşdə perspektiv planda olan digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə