Təqvim
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib (+FOTOLAR)
15 iyun 2019 - 04:08

Canveten.az xəbər verir ki, iyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

Sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli "Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər haqqında" mövzusunda elmi məruzə ilə çıxış edib. Alim arxeoloji tədqiqatların Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib, bu istiqamətdə aparılan araşdırmalardan danışıb. N. Müseyibli arxeoloji tədqiqatlara dövlət dəstəyi sayəsində ölkə üzrə genişmiqyaslı tədqiqatlar aparıldığını, bir sıra elmi nailiyyətlər əldə edildiyini, əvvəllər elmə məlum olmayan yüzlərlə abidələrin aşkara çıxarıldığını diqqətə çatdırıb. Müzakirədən sonra suallar cavablandırılıb, bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ bölmə tərəfindən institut və təşkilatlara ünvanlanmış məktublarla bağlı olub. Müvafiq elmi müəssisələrə bu sənədlərə cavab verilməsi qaydaları ilə bağlı tapşırıqlar verilib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşının bölmənin Fəxri Fərmanı ilə təltif edilməsi məsələsinə baxılıb. Bildirilib ki, bu il MEK-in yaradılmasının 95-ci il dönümüdür. Həmçinin, 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və AMEA-nın prezidenti akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan MEK-in yeni binasının istifadəyə verilməsindən 5 il ötür. MEK-in bu müddət ərzində səmərəli fəaliyyət göstərdiyi, akademik elmin təbliği istiqamətində mühüm işlər görüldüyü vurğulanıb, kitabxananın bölmə ilə sıx və səmərəli əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Sonra səmərəli fəaliyətlərinə görə MEK-in bir qrup əməkdaşına bölmənin Fəxri Fərmanları təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə