Təqvim
AzTU Elmi Şurasının növbəti iclası keçirilib (+FOTOLAR)
13 iyun 2019 - 23:49

Canveten.az xəbər verir ki, iyunun 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

İclasda Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) professoru, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri Sylvio Simona AzTU-nun fəxri doktoru adı verilməsini qeyd edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Almaniya universitetləri, o cümlədən Brandenburq Texniki Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək bildirib ki, Sylvio Simonun koordinatorluğu ilə Brandenburq Texniki Universiteti ilə AzTU arasında maşınqayırma sahəsində sıx elmi və tədris əlaqələri mövcuddur. Alman Akademik Mübadilə (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində  Lausits Ali Məktəbi ilə qurulan əlaqələr, 2013-cü ildə AzTU-nun 14 tələbəsinin BTU-da yay məktəbində iştirakı, BTU-nun təşkilatçılığı ilə AzTU-da keçirilən elmi seminarlar və bütün bunların məntiqi nəticəsi olaraq maşınqayırma fakültəsinin nəzdində “Maşın mühəndisliyi” ixtisası üzrə almandilli qrupun təşkil edilməsindən danışan prorektor qeyd edib ki, professor Sylvio Simon AzTU-nun Avropa ali təhsil sisteminə inteqrasiyasında müstəsna xidmətlər göstərib.

Daha sonra Elmi Şura üzvlərinin səsverməsi ilə professor Sylvio Simon AzTU-nun fəxri doktoru elan edilib.

AzTU-nun fəxri doktoru adına layiq görüldüyü üçün çox məmnun olduğunu vurğulayan professor Sylvio Simon ikili əlaqələrin inkişafı üçün bu günədək gördüyü və görəcəyi işlərdən danışıb. Almaniyalı professor bundan sonra da universitetlər arasındakı əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.   

Daha sonra iclasda açıq səsvermə yolu ilə Strateji planlaşdırma şöbəsinin Əsasnaməsi təsdiq edilib və müxtəlif məsələlər müzakirə edilərək müəyyən qərarlar qəbul edilib.

Elmi Şuranın iclasından sonra almaniyalı qonaqlar AzTU-nun “Maşınqayırma” fakültəsinin “Maşınqayırma texnologiyası” kafedrasının professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Görüş zamanı almaniyalı qonaqlar tərəfindən kafedraya 3D printeri hədiyyə edilib. Bu printerdən tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər. 3D printeri tələbələrə hissələrin texnoloji proseslərinin layihələşdirilməsi nəticəsində alınan son məhsulun hazırlanmasına imkan verəcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə