İB-NİN İCLASINDA FƏALİYYƏT PLANININ HAZIRLANMASI MÜZAKİRƏ OLUNUB (+FOTO)

Təqvim
İB-NİN İCLASINDA FƏALİYYƏT PLANININ HAZIRLANMASI MÜZAKİRƏ OLUNUB (+FOTO)
11 iyun 2019 - 15:48

Canveten.az xəbər verir ki, AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə  “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin növbəti iclası keçirilib.

İclasda Birliyin idarə heyətinin üzvləri ilə yanaşı tədbirə dəvət olunmuş Azərsu ASC-nin Mərkəzi laboratoriyasının rəhbəri  Elçin Əliyev də iştirak edib.

Akademik R.Məmmədov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İlk əvvəl İctimai Birliyin üçillik fəaliyyət planının hazırlanması məsələsi müzakirəyə qoyulub. Bildirilib ki, fəaliyyət planına salmaq üçün işçi qrupları normativ hüquqi aktları nəzərə alaraq, sırf elmiliyə söykənməyən, bir neçə bənddən ibarət əhəmiyyətli təklif və müddəalar  hazırlayaraq növbəti iclasa təqdim etsinlər.  Ölkənin su ilə əlaqədar əhəmiyyətli qurumlarının diqqətini İctimai Birliyin fəaliyyətinə yönəltmək, onları birgə əməkdaşlığa maraqlandırmaq məqsədilə görülən konkret tədbirlər və layihələrlə  müxtəlif qurumlara  müraciət edilməsi məqsədəuyğun sayılıb.

“Abşeron ərazisində yerləşən göllərin müasir vəziyyəti”, “Su çatışmazlığı  olan inzibati rayonların su təchizatı problemləri”, “Su qıtlığından əziyyət çəkən bölgələrdə kiçik su anbarlarının yaradılması”, “Çirkab suların təmizlənməsi” və s. mövzularda layihələrin işlənərək təqdim edilməsi qərara alınıb.

Ölkənin su ehtiyatlarının təyini məsələsi ətrafında c.ü.e.d. Rənabəyim Qaşqayın iştirakı ilə  “Azərbaycanın su balansının təyin edilməsi üzrə ilkin təklif və ideyaların hazırlanması” layihəsinin işlənməsi yekdilliklə qəbul edilib.

Cİ-nin direktor müavini, dos. Məhərrəm Həsənov yağış suyundan səmərəli istifadə sahəsində təkliflə çıxış edib. O qeyd edib ki, Bakıya yağan yağışın miqdarı şəhərə daxil olan içməli suyun miqdarına bərabərdir. Evlərin damlarına yığılan suyu navalçalar vasitəsilə toplamaq və ondan həyətyanı sahələrin suvarılmasında istifadə etmək mümkündür. İdeya  idarə heyəti tərəfindən bəyənilib və M.Həsənova mövzu üzrə layihə hazırlanması tövsiyə edilib.

Prof. Fərda İmanov 5 iyun – “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” münasibətilə tədbir hazırlanması haqqında məlumat verib. Qərara alınıb ki, mayın 31-də Azərsu ASC ilə birlikdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Dəyirmi Masa keçirilsin.

Sonra İB-yə şəxsi və kütləvi üzvlük, Birliyın loqosunun hazırlanması və digər məsələlərə baxılıb. İctimai Birliyin gələn iclasının keçirilməsi iyul ayının əvvəlinə təyin edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə