Təqvim
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 il
11 iyun 2019 - 14:45

Canveten.az xəbər verir ki, hər bir ölkənin ədəbiyyatı onun millətinin mədəni dəyərləri, ictimai şüuru və ədəbi düşüncəsinin formalaşmasında böyük təsir gücünə malikdir. Azərbaycan ədəbiyyatı da qədim dövrdən bugünədək keşməkeşli yol keçmiş, şair və yazıçılarımız yaratdığı əsərlərlə dünya ədəbiyyatına mühüm töhfələr vermişdir. Ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı, dəyərli əsərlərinə dair yüzlərlə məqalə, kitab və monoqrafiyalar yazılmışdır. Lakin Azərbaycan xalqınınyazıçı və şairlərimizin əsərlərinin orijinal nüsxələri, heykəltaraşlıq və tətbiqi sənət nümunələri ilə əyani şəkildə tanış olmaq kimi bir şansı var. Söhbət Bakının mərkəzində yerləşən, əsrarəngiz gözəlliyi ilə insanların diqqətini cəlb edən AMEA-nın Milli Azərbaycan Ədəbiyatı Muzeyindən (MAƏM) gedir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan bu muzeyin eyvanında Azərbaycanın 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəlləri ucaldılıb.Cari ildə bu möhtəşəm muzeyin əsasının qoyulmasından 80 il ötür...

Bir qədərmuzeyin yerləşdiyi məkanın tarixinə nəzər salaq. 1850-ci ildə qədim İçəri şəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansaraya sonradan ikinci mərtəbə də əlavə olunur. 1915-ci ildə binanın yeni sahibi Azərbaycan milyonçusu Hacı Hacıağa Dadaşovun istəyi ilə bina “Metropol” mehmanxanasına çevrilir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabineti məhz bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edir. 1920-1930-cu illərdə bina Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsindəbinanın N.Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi ilə bağlı qərar qəbul olunur. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda yenidən işlənilir.

Qonaqları şair və yazıçılarımızın zəngin ədəbi irsi ilə tanış etmək, onlara müxtəlif ekspoziyalar, tarixi sənədlər, arxiv materialları, yazıçıların xatirə əşyaları və s. təqdim etməklə müəyyən dövr haqqında canlı təsəvvür yaratmaq muzeyin əsas missiyasıdır. Burada Azərbaycan xalqının tarixinin əsas məqamları, onun abidələri və dahi şair Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olmaq mümkündür. Hər gün bu sehirli məkanıgörkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər də daxil olmaqla onlarla insan ziyarət edir. Müasir Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiya zalı, portretlər, tablolar, illustrasiyalar, tamaşaçıların böyük marağına səbəb olur. Muzeyi gəzdikdən sonra qonaqlar “Rəy kitab”ında öz təəssüratlarını bölüşürlər. Türk dünyasının böyük şairi Nazim Hikmət 1959-cu ildə Muzeyi ziyarət etdikdən sonra rəy kitabına bu sözləri yazmış, öz vətənində də belə bir söz sarayının yaradılmasını diləmişdir: “Sağ olun, qardaşlar! Diləyim, Sizin Ədəbiyyat muzeyinizin baş ziyarətçiləri bizim yazarlar və bilginlər olsun. Bizim açacağımız Ədəbiyyat muzeyində sizinkilər dolaşsın.”

Muzeyin dünya standartlarına cavab verən, tam kompüterləşdirilmiş, innovativ texnologiyalarla zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır. Burada nümayiş olunan qədim əlyazmalar, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, sənədli foto-şəkillər qonaqların diqqətini cəlb edən eksponatlardır. Yenilənmiş ekspozisiyada monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış olmaq imkanına malikdirlər.

Nizami Muzeyinin rəhbərliyi başda olmaqla, burada fəaliyyət göstərən alim və tədqiqatçılar bu unikal məkanın daha da zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq bədii materiallar toplayır, onları tədqiq edir, elmi və publisistikəsərlər ortaya qoyurlar.

Muzeyson dövrlərdə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də ciddi tədbirlər görür. Burada fəaliyyət göstərən Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsi muzeyin elm və mədəniyyət sahəsində yaradılan əməkdaşlıq sazişlərinin  bağlanması, beynəlxalq konfransların və tədbirlərin keçirilməsi işlərini təşkil edir. Həmçinin muzeyin əməkdaşlarının beynəlxalq təşkilatların iclasları, konfrans, simpozium, seminar, ixtisasartırma kurslarında iştirakını təmin edir.

Bir xalqın ədəbiyyat tarixini tam əks etdirən yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs bina hazırda akademik Rafael Hüseynovun rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. Muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli bir missiyanı həyata keçirir. Burada ədəbiyyat tarixinin görkəmli simaları və parlaq ədəbi nümunələr haqqında süjetlər, filmlər hazırlanır, ölkənin orta və ali məktəbləri ilə sıx əməkdaşlıq həyata keçirilir, ədəbi təhlillər əsasında araşdırmalar aparılır.

nizamimuseum.az saytı vasitəsilə muzeyin fəaliyyəti, gördüyü işlər, burada baş tutan tədbirlər, xatirə gecələri və s. geniş şəkildə işıqlandırılır. İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsimuzeyin cəmiyyətlə əlaqələrini təşkil edir, müsahibələr, çıxışlar hazırlayır, müvafiq məlumatları ictimaiyyətə çatdırır.

80-ci ildir ki, ədəbiyyatsevərlərin, Azərbaycan mədəniyyəti və tarixinə dəyər verənlərin, yaşından və peşəsindən asılı olmayaraq minlərlə insanınmüqəddəs ziyarət məkanına çevrilən Nizami Muzeyi bu ölkənin milli sərvətidir. İnanırıq ki,xalqımız hər daşında tarix yatan bu sərvəti həmişə qoruyub saxlayacaq, onu daha da zənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə ötürmək üçün əlindən gələni edəcək.

 

Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:
Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI 16:02, 18 sentyabr 2019
İbn Sinanın ağır xəstəlikləri müalicə edən – MÖCÜZƏVİ RESEPTİ FOTO=115:37, 18 sentyabr 2019
Bal yarmarkasına müraciət edən arıçıların seçimi həyata keçirilib... FOTO=215:27, 18 sentyabr 2019
Qayda pozan yol polisinə ciddi xəbərdarlıq edildi.... VIDEO=115:22, 18 sentyabr 2019
"Onunla aramızda sevgi olmayıb" - Yaşar Nurinin həyat yoldaşından ŞOK AÇIQLAMA 14:42, 18 sentyabr 2019
Vəkil intihar edən Elinanın işi bağlı ŞOK DETALLARI AÇIQLADI: Ağlayıb, hallallıq istəyirdi FOTO=113:35, 18 sentyabr 2019
Problem SOS siqnalı çalınacaq qədər təhlükəlidir” Deputat13:13, 18 sentyabr 2019
Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi VİDEO+FOTO=212:22, 18 sentyabr 2019
Bakı Uşaq Teatrı “Sehirli Tütək” tamaşası ilə yeni mövsümə start verəcək (+FOTO) 02:19, 18 sentyabr 2019
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (+FOTOLAR) 02:12, 18 sentyabr 2019
XEYRİYYƏÇİ İŞ ADAMI Gülaga Qəmbərov ( GÜLAĞA TƏNHA )09:56, 17 sentyabr 2019
Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə Türkiyədən gəlmiş qazilər yallı halayına qoşulublar (+FOTOLAR, +VIDEO) 01:40, 17 sentyabr 2019
Humanitar Elmlər Bölməsinin iclası keçirilib (+FOTOLAR) 01:09, 17 sentyabr 2019
AMEA Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək (+FOTOLAR) 01:04, 17 sentyabr 2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR) 00:44, 17 sentyabr 2019
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir 00:34, 17 sentyabr 2019
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib (+FOTOLAR) 00:19, 17 sentyabr 2019
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub (+FOTOLAR) 23:59, 16 sentyabr 2019
Gülağa Tənha : " Ağlama şəhid anası "10:18, 16 sentyabr 2019
Gülağa Tənhanın kitab təqdimatından... 10:36, 15 sentyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə