Şəhərimizdəki itlərlə bağlı qanunvericilik niyə işləmir? (ViDEO+FOTOLAR)

Təqvim
Şəhərimizdəki itlərlə bağlı qanunvericilik niyə işləmir? (ViDEO+FOTOLAR)
10 iyun 2019 - 17:21

Son zamanlar Bakı şəhərində və ölkə ərazisində quduzlaşmış itlərin sakinlərə hücum etmə halları artması müşahidə olunur. Nəticədə müxtəlif bədən xəsarətləri alan şəxslər tibb müəssisələrinə müraciət etmələri davam etməkdədir.

         Göstərmək lazımdır ki, Azərbaycan 2007-ci ilin may ayında Heyvan hüquqlarının qorunmasına dair Konvensiyaya qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.

         Amma heç bir vəsait insan həyatından önəmli deyil.

 

         İnsan həyatına real təhlükə təkçə yiyəsiz küçə itlərindən gəlmir...

 

         Bakı şəhərində sakinlərin istirahəti üçün nəzərdə tutulan parklarda və bağlarda nəzarətsiz gəzdirilən ev heyvanlarının (əsasən itlərin) kiçikyaşlı uşaqların üstünə qaçmaları, hürərək onları qorxutmaları faktlarının sayı artır.

         Belə bir faktla, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 15 saylı binanın yanında, N.Nərimanov heykılinin arxasında, yerləşən kiçik parkda da dəfələrlə müşahidə olunub. Orada günorta və axşamüstü saatlarında yaxınlıqda yaşayan bir qrup sakinlər tərəfindən ev itləri gəzintiyə çıxarılır. Qeyd etmək lazımdır ki, həmin itlərin əksəriyyəti, sahibləri ilə parka daxil olduqda cilovsuz, əsasən iri itlər isə buruntaqsız gəzdirilir. İtlər biri-biri ilə qapışaraq, səs-küy salırlar, parkda istirahət edən sakinləri narahat edirlər. Xüsusən də, iri itlər parkda valideyinləri ilə istirahət edən kiçikyaşlı uşaqların üstünə qaçaraq və hürərək, onları qorxudur. Bir neçə gün bundan əvvəl həmin parkda yaxınlıqda yaşayan sakinin kiçikyaşlı uşağına, sahibinin nəzarətsizliyindən, cilovsuz və buruntaqsız olan iri it hücüm etmiş və yalnız valideyninin müdaxiləsi nəticəsində uşağa xəsarət yetirilməmişdir. Bu hadisədən sonra həmin uşağın valideynləri ilə parkda gəzintiyə çıxması müşahidə edilməyib, sakinlərin dediyinə görə, həmin uşağın hadisədən sonra nitqində yaranmış problemlərlə əlaqədar o, loqoped həkimin müalicəsini alır.

         Sakinlər tərəfindən it sahiblərinə dəfələrlə iradlar tutulub, lakin onların bəziləri, özlərini təqdim etməkdən yayınaraq, müxtəlif  bəhanələri, xüsusən ev heyvanların hüquqlarını əsas tutaraq, yenədə həmin parkda itlərini gəzintiyə çıxarılmasını davam edirlər. 

         Həmin ərazidə baş verənlərlə əlaqədar bir neçə dəfə sakinlər tərəfindən DİN-in “102” xidmətinə məlumat verilmişdir. “102”-nin əməkdaşları cavab olaraq konkret cinayətin baş verdiyi halda xidmətə müraciət edilməsini məsləhət görərək ərazi üzrə müvafiq polis strukturuna ərizə ilə müraciətlər olunmasını tövsiyə etmişlər. Bundan sonra, bir neçə dəfə sakinlər tərəfindən Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciətlər olmuşdur. Bu zaman polis əməkdaşları ərizəçilərə Bakı şəhər İcra Hakimiyyətini müvafiq strukturuna (konkret adı çəkilməmişdir) müraciət etməyi məsləhət gördülər. Yalnız ərizəçilərin prinsipiallığı sayəsində ərizəni dəftərxanada qeydiyyatdan keçirərək qəbul etmişlər. Ərizəni qəbul olunması zamanı polis əməkdaşlarının laqeydliyi sonradan özünü biruzə vermişdir. Belə ki, sonuncu müraciətdən 10 gündən artıq müddət keçməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən ərizəçi ilə əlaqə yaradılmamış, həmin ərazidə zəruri profilaktik və inzibati tədbirlər görülməmişdir. Belə bir nəticəyə gəlmək olar ki, polis əməkdaşları baş verə biləcək hər hansı cinayətin profilaktikası deyilən anlayışdan xəbərsizdirlər. Gərək cinayət baş versin, kiminsə övladı xəsarət alsın, psixoloji travma alsın ki, bundan sonra ictimai əsayişin keşikçiləri reaksiya versinlər, zəruri qabaqlayıcı tədbirlər həyata keçirsinlər.

         Keçmiş SSRİ dövründə, o vaxtki milis orqanları vətəndaşların müraciətlərinə dərhal, cinayətin baş verməsini və ya insanların xəsarət almasını gözləmədən zəruri qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirmələri hamının yaddındadır. Milis əməkdaşları, əsasən də sahə müvəkkilləri xidmət apardıqları ərazilər üzrə ev itlərinin sahibləri ilə mütəmadi görüşərək onlarla profilaktik və xəbərdaredici söhbətlər aparmış, ev heyvanlarının müvafiq veterinar klinikalarda vaxtaşırı müayinələrdən keçirilməsini əks etdirən sənədlərin yoxlanılmasını həyata keçirmişlər. Təəssüf ki, hal-hazırda vətəndaşlarımızın müötəlif xarakterli müraciətlərinə  polis strukturları tərəfindən lazımi və təxirəsalınmaz reaksiya verilmir, əhali arasında qabaqlayıcı və zəruri profilaktik tədbirlər həyata keçirilmir, polis əməkdaşları ağır nəticələrə gətirib çıxaran hadisələrin baş verməsini gözləyərək cinayətkarların axtarışını və yaxalanaraq həbs edilməsini daha vacib hesab edirlər. Azərbaycan vətəndaşının xahişləri və tələbləri, sağlamlığı və təhlükəsizliyi arxa plana keçib...     

         Göstərmək lazımdır ki, ev heyvanlarının saxlanılması və gəzdirilməsi ilə bağlı müvafiq norma və qaydalar mövcuddur, həmin qaydaların pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində müvafiq qeydlər öz əksini tapmışdır.

Uşaqlarımızın həyatına real təhlükələrin qarşısının alınması üçün qanun çərçivəsində reaksiya verilərək lazımi tədbirlərin görülməsi məqsədilə kütləvi informasiya vasitələrinin imkanları ilə bu ciddi məsələnin ictimayyətləşdirilməsini və aidiyyəti qurumların həmin məsələyə diqqətinin cəlb olunmasını vacib hesab edirik.

 

MƏHƏLLƏ SAKİNLƏRİ

 

 

 

 

 

 

 

          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə