BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (+FOTOLAR)

Təqvim
BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (+FOTOLAR)
08 iyun 2019 - 23:53

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev İtaliyanın Triest şəhərindəyerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (“The Abdus Salam International Centre for Theoretical Physics” (ICTP)) olub.

Səfər zamanı rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru, UNESCO Baş Direktorunun assistenti, Kembric universitetinin professoru Fernando Kuevedo ilə görüşüb. Hər iki ölkənin inkişafında fundamental elmlərin, xüsusilə də nəzəri fizikanın və astrofizikanın, həmçinin multidissiplinar elmi istiqamətlərin inkişaf etdirilməsinin əhəmiyyəti barədə müzakirələrin aparıldığı görüşdə uyğun sahələrdə əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə edilib. Tərəflər gələcəkdə kadr hazırlığı (magistratura, doktorantura) və elmi əməkdaşlığı gücləndirmək, fizika, astrofizika və biofizika sahələrində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və İtaliya arasında mövcud olan elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək kimi strateji əhəmiyyətli işlərin reallaşdırılması imkanları da müzakirə edilib. Əməkdaşlıq çərçivəsində müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, seminarlar, təcrübəartırma kursları və s. təşkili nəzərdə tutulub. Görüşdə, eyni zamanda, iki qurum arasında elm, texnologiya və innovasiya sahəsində anlaşma memorandumunun və əməkdaşlıq müqaviləsinin imzalanmasının, onun əsasında fəaliyyət planının hazırlanmasının əhəmiyyəti vurgulanıb.

Rektor Elçin Babayev BDU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verib və fikir mübadiləsi aparılıb. Rektor professor Fernando KuevedonuBDU-ya dəvət edib.

Rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində keçirilmiş “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı”nda (The International Space Weather Initiative (ISWI) Workshop) da iştirak edib. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə kadr hazırlığı, cihaz və qurğuların yerləşdirilməsi və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərin müzakirə olunmasından ibarət olan seminar əsasən ISWI şəbəkələrinin daha çox əməkdaşlıq əsasında inkişafı hesabına yeni tədqiqat nəticələrinə təşviq edir.

Seminarda bu istiqamətdə çalışan beynəlxalq ekspertlər Günəş-Yer Əlaqələrinin fizikası və Kosmik Hava, Kosmik Hava cihaz və qurğuları, Günəş fizikası, Magnetosfer, İonosfer və Termosfer fizikası, Kosmik Havanın Qlobal Naviqasiya Peyk Sistemlərinə (GNSS) təsiri, bu sahədə təhsil və yeni araşdırma imkanları kimi mövzularda məruzələrlə çıxışlar ediblər. BDU-nun rektoru Elçin Babayevin “Azərbaycanda Kosmik Hava və əlaqəli sahələrdə elmi tədqiqatlar” mövzusunda məruzəsi və Azərbaycan alimlərinin bu sahədə apardığı elmi-tədqiqat işləri maraq doğurub, son illər əldə olunan elmi yeniliklər yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı” kosmik hava tədqiqatlarında istifadə olunan elmi cihaz və qurğuların inkişaf etdirilməsi, bu istiqamətdə ölçmələrin təkmilləşdirilməsi, kosmik hava məlumatlarının digər müvafiq məlumatlarla birlikdə analizi və alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır.

SeminarınkoordinatorlarıBirləşmişMillətlərTəşkilatının (BMT) XariciKosmosİşləriüzrəOfisi (“United Nations Office for Outer Space Affairs” (UNOOSA)), ABŞ MilliAeronavtikavəKosmosİdarəsi (“National Aeronautics and Space Administration” (NASA)), QlobalNaviqasiyaPeykSistemləriüzrəBeynəlxalqKomitə (“International Committee on Global Navigation Satellite Systems” (ICG)), ABŞ Boston Kolleci, Günəş-YerƏlaqələrininFizikasıüzrəElmiKomitə (“Scientific Committee on Solar-Terrestrial Physics” (SCOSTEP)), BeynəlxalqGeodeziyavəGeofizikaBirliyi (“International Union of Geodesy and Geophysics” (IUGG)), AtmosferAraşdırmalarıMərkəzi (“Centre for Atmospheric Research”), MilliKosmosAraşdırmalarıvəİnkişafıAgentliyi (“National Space Research & Development Agency”) vəAvropaKosmosAgentliyidir (“European Space Agency” (ESA)).

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə