Təqvim
Gəncədə “Unudulmaz” filminin təqdimatı baş tutacaq
25 may 2019 - 13:53

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Unudulmaz” filminin Gəncə şəhərində ilk dəfə nümayişi keçiriləcək. “Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filminin müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. Ekran əsərində Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib. "Unudulmaz" sənədli filminin Bakıyla yanaşı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Daşkənddə, Vaşinqtonda, Ankarada təqdimat mərasimləri də təşkil edilib. Bakı şəhərində o cümlədən müxtəlif şəhər və regionlarda da film nümayiş olunub. 

Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə Gəncə şəhərində ilk dəfə baş tutacaq təqdimat Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi ilə keçiriləcək. Şəhər ictimaiyyəti, gənclər və KİV nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə baş tutacaq təqdimatın əsas məqsədi ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti fonunda onun vətən sevgisi və ömrünün Klivlend səhifəsi haqqında gənclərin məlumatlandırılmasına xidmət etməkdir. Tədbir 29 may 2019-cu il tarixində, saat 11:00-da Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının akt zalında baş tutacaq. 


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə