Canveten.az xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında ETSN Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay aximina təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edib. S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri araşdırmış, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirmişdir. Əsas iqlim göstəriciləri olan yağıntı və temperaturları təhlil edən tədqiqatçı respublikanın bütün ərazisində son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artmasını müşahidə etmişdir. O bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilmişdir ki, fərq 124 mm təşkil edir. İllik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır. Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025