Canveten.az xəbər verir ki, müğənni Elnarə Xəlilova eşitmə məhdudiyyətli uşaqlar üçün nağıl oxuyub. “Araxçın MMC” və ”Silent Communication” tərəfindən həyata keçirilən “Nağıl vaxtı” layihəsinin məqsədi eşitmə məhdudiyyətli uşaqları maarifləndirməkdir. Elnarə balaca dinləyicilərinə “Sehrli papaq” nağılını oxuyub. Nağılı jest dilinə təlimçi və jest dili mütəxəssisi Könül Quliyeva tərcümə edib. Təşkilatçılar layihənin hər ay davam etdiriləcəyini bildiriblər. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024