Təqvim
“Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib (+FOTOLAR)
20 may 2019 - 08:55

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı öz işinə başlayıb. BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor  Aydın Kazımzadə konfransı açaraq onun əhəmiyyəti barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən danışan A.Kazımzadə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

İclasda Bakı Baş Təhsil İdarəsinin müdir müavini, professor  Hüseyn Əsgərov  “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent  Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili”,  BDU-nun professoru Nuru Məmmədov “Heydər Əliyev və Azərbaycan tarixi”, “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Güllü Qəhrəmanlı “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransda Bakı şəhəri 6 saylı məktəb-liseyin  direktoru Gülşən Orucova, Sumqayıt şəhəri, Humanitar və təbiət, riyaziyyat təmayüllü “İstedad” liseyinin direktoru Adilə Süleymanova, liseyi qızıl medalla bitirmiş, Azərbaycan Mühəndislik Universitetinin tələbəsi Lalə Muradlı  və valideyn Fəxri Xəlilov çıxış edərək konfransın işinə uğur arzulayıblar.

Konfrans öz işini “Gənc istedadlar” liseyində “Ana dili və ədəbiyyat”, “Tarix və coğrafiya”, “Fizika, riyaziyyat, informatika”, “Kimya, biologiya və ekologiya”, “Xarici dillər” bölmələrində davam etdirib. Konfransda “Gənc istedadlar” liseyinin şagirdləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Tovuz, Şəki və Qax şəhərlərinin müxtəlif lisey və məktəblərinin şagirdləri də çıxış edib və ümumilikdə 177 məruzə dinlənilib.

Qeyd edək ki, hazırda «Gənc istedadlar»  liseyində Azərbaycan və rus bölmələrinin 30 sinfində 631 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan 82 müəllimdən 3 nəfəri elmlər doktoru, 23 nəfəri fəlsəfə doktoru, 3 nəfəri isə Respublikanın «Əməkdar müəllim»dir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə