Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb (+FOTOLAR)

Təqvim
Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb (+FOTOLAR)
17 may 2019 - 15:56

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev III Milli MUN – BMT Modeli üzrə Milli Konfransda iştirak etmiş BDU tələbələri ilə görüşüb. Məqsədi gənclərə əsl diplomat təcrübəsini yaşamaq və BMT-nin simulyativ komitə iclaslarında dünyanın real problemlərinə həll yolları tapmaq imkanı verən tədbirdə gənc iştirakçılar BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT Qadınlar Təşkilatı və BMT Ətraf Mühit Proqramının rəmzi komitələrində diplomatiya bacarıqlarını sınaqdan keçirmək imkanı qazanıblar. Onlar həmçinin qadın və kişi əməyinin bərabər ödənilməməsi məsələsini araşdırıb, rəqəmsal idarəçilik və vətəndaş iştirakına keçidin perspektivləri və tekstil sənayesinin ətraf mühitə təsirindən danışıblar.

Konfransın yekununda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbələri Kənan Xəlilov “Ən yaxşı nümayəndə”, Jalə Rəfiyeva “Ən yaxşı nümayəndə heyəti”, Humay Məmmədova “Ən yaxşı debatçı”, Səlcuq Yusifli “Fəal iştiraka görə xüsusi mükafat”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Məryəm Xanbabazadə “Ən yaxşı mövqe sənədi”, IV kurs tələbəsi Rəna Bayramova “Fəal iştiraka görə xüsusi mükafat” nominasiyaları üzrə mükafatlandırılıblar. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışan rektor Elçin Babayev mükafata layiq görülmüş tələbələri təbrik edib, yeni uğurlar arzulayıb. Fikir mübadiləsi şəraitində keçən görüşdə tələbələr, eyni zamanda, konfransda müzakirə edilən məsələlərlə bağlı suallara cavab verib, gələcək planlarından danışıblar.

Qeyd edək ki, adıçəkilən konfrans prezident İlham Əliyevin Azərbaycan Respublikası hökuməti ilə BMT-nin İnkişaf Proqramı əsasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” layihə əsasında baş tutub.  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə