AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.Seminarda “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Aqil Xanməmmədov “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edib. Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunub. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulub və (–∞, x) yarımoxunda Qelfand-Levitan inteqral tənliyi alınıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Aynurə M. Cəfərova İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru, AMEA Riyaziyyat və Mexanika İnstitutu
Bütün hüquqlar qorunur © 2024