Təqvim
“Azərsu” Bakı şəhəri və ətraf qəsəbələrdə layihələrin icrasını davam etdirir (+FOTOLAR)
16 may 2019 - 02:55

Canveten.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Suraxanı rayonunda icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. əhali içməli suya olan tələbatına maşınlarla daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılırdı. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu.  Su xətləri istismara yarasız  vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradımasına və yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.

Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 km su xətləri çəkilır. Görüləcək işlər  nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Nazim İsmayılov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov,  Əmircan qəsəbəsi Malik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrli borularla 12 km uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçəkilən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.  

Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin  7 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən  30 mindən çox sakin faydalanacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə