Təqvim
BSU-da “Heydər Əliyevin psixoloji portreti" adlı tədbir keçirilib (+FOTOLAR)
14 may 2019 - 13:43

Mayın 10-da Bakı Slavyan Universitetində (BSU) universitet üzrə Yeni Azərbaycan Partiyası (YAP) və Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyevin psixoloji portreti" adlı tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səslənidirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP-ın BSU üzrə sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova “Heydər Əliyev və Azərbaycan quruculuğu” adlı məruzə ilə çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi portretində birləşən ali dəyərləri sadalayıb, onun Azərbaycan tarixinin keşməkeşli məqamlarında müstəqillik uğrunda yeritdiyi siyasətindən söz açıb. S.Axundova məruzəsində qısa vaxt ərzində xalq arasında Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət siyasəti nəticəsində yaranan ruh yüksəkliyindən, milli dəyərlərin qorunub saxlanması uğrunda mübarizə əzmindən danışıb.

Sonra YAP-a yeni üzv olan BSU əməkdaşlarına üzvlüklə bağlı vəsiqələr təqdim olunub.

Təqdimatın ardından Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadıqzadənin “Heydər Əliyevin daxili və xarici siyasəti” mövzusunda məruzəsi dinlənilib. O.Sadıqzadə çıxışında Ulu Öndərin neft və enerji siyasəti, onun YAP sıralarında apardığı kadr islahatı, elmin və incəsənətin Azərbaycanda inkişafı istiqamətində gördüyü işlərdən ətraflı bəhs edib.

BSU üzrə YAP Gənclər Birliyinin (GB) fəal nümayəndəsi Ayxan Əzizov “Heydər Əliyev – gənclərin himayədarı, uşaqların dostu” adlı məruzəsində siyasi lider Heydər Əliyevin Azərbaycan gənclərinə qayğısı, onun ölkəmizdə həyata keçirdiyi gənclər siyasəti, təhsil istqamətində apardığı islahatalar, Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun davamçısı kimi Azərbaycan gənclərinə qayğısı barədə ətraflı söz açıb.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Əliyeva “Heydər Əliyevin sözlə demədikləri” adlı məruzəsində verbal və qeyri-verbal nitqin siyasətdə rolundan danışıb. A.Əliyeva məruzəsində Ulu Öndərin xarici və daxili siyasətdə, o cümlədən xalqla ünsiyyətdə olarkən istifadə etdiyi jestlərin özünəməxsusluğundan söz açıb. O, Heydər Əliyev və dünya ölkələrinin prezindetlərinin çıxışlarını müqayisə edərək əsl siyasi xadim kimi Ulu Öndərin istifadə etdiyi jestlərin yerli yerində olmasını yüksək dəyərləndirib.

Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva “Heydər Əliyev ailə başçısı olaraq” adlı məruzəsi ilə çıxış edib. N.Abdullayeva Heydər Əliyevin Zərifə xanım Əliyevaya bəslədiyi ülvi məhəbbətindən, onun ailəsinə olan xüsusi qayğı və diqqətindən danışıb. Heydər Əliyevlə bağlı uşaqlıq xatirələrini bölüşən N.Abdullayeva gəncləri Ulu Öndərin qoyub getdiyi milli-mənəvi irsi davam etdirməyə səsləyib.

Tədbirin sonunda çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov Ümummilli Lider Heydər Əliyevin siyasi portretində onun səmimiyyətinin  əsas amil olduğunu diqqətə çatıdırıb. T.Cəfərov BSU-nun rektoru, professor Nurlana Əliyevanın göstərişi ilə universitetdə, habelə universitet nəzdindəki Məktəb-Lisey Kompleksində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildiyini bildirib. Prorektor BSU rəhbərliyi və müəllim-tələbə kollektivinin Ümummilli Liderin ildönümü ərəfəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən, Cocuq Mərcanlı kənd tam orta məktəbində BSU-nun təşkilatçılığı ilə keçirilən Ulu Öndərə həsr olunmuş tədbirdən də söz açıb.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə