Canveten.az xəbər verir ki, mayın 8-də Bakı Slavyan Universitetində (BSU) “Qələbə müjdəsi ilə” adlı Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü və 9 may qələbə günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə Şuşa şəhəri uğrunda döyüşlərdə və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova bildirib ki, ərazisi 289 kvadrat km. olan Şuşa rayonunun işğalı zamanı 196 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 68 nəfər itkin düşüb. X. Sultanova qeyd edib ki, işğal zamanı Azərbaycan muğam sənətinin beşiyi olan Şuşanın yüzlərlə dini, tarixi və mədəni abidələri dağıdılıb. O, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə işğaldan azad ediləcəyinə inandığını bildirib BSU-nun Azərbaycanşünaslıq elmi laboratoriyasının müdiri, dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov erməni qəsbkarlarının törətdikləri vəhşiliklərdən danışaraq, 1988- ci ildən bu yana baş verənləri analiz edib. S.Məmmədov çıxışında bildirib ki, erməni vandalları Şuşanın bünövrəsini qoymuş Pənahəli xanın sarayını, Cümə məscidini, Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini, artilleriya generalı Mehmandarovun, dahi bəstəkar Ü.Hacıbəyovun, görkəmli müğənni Bülbülün ev-muzeylərini, İbrahim xanın qəsrini, qala divarlarını dağıtmış, şəhərin sərvətlərini, tarixi sənədləri, digər qiymətli materialları məhv ediblər. Tədbirdə Şuşa haqqında “Şuşa öz tarixi ilə, məhşur abidələri ilə və övladları ilə” adlı film nümayiş etdirilib. 1941-1945- ci illər Böyük Vətən Müharibəsində Azərbaycan xalqının şücaəti haqqında çıxış edən BSU-nun Azərbaycan Tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib. Qısa müddətdə qırıcı təyyarə batalyonu və özünümüdafiə dəstələri təşkil olunub, azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Ərzuman Əmirov qeyd edib ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. BSU-nun Jurnalistika fakültəsinin dosenti Mübariz Əhmədov çıxışında bildirib ki, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırılması istiqamətində bir çox addımlar atılır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024