Təqvim
BSU-da “Havalansın xanın səsi” adlı esse müsabiqəsinə yekun vurulub (+FOTOLAR)
09 may 2019 - 04:10

Canveten.az xəbər verir ki, mayın 8-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirin əvvəlində vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı,  professor Eldar Piriyev Şuşanın tarixi, dünəni və bu günü haqqında iştirakçıları məlumatlandırıb. Tədbirdə çıxış edən Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarova Şuşanı Azərbaycanın tacı, qürur mənbəyi, mədəniyyət beşiyi kimi dəyərləndirib.

 Sonra III kurs tələbələri Elxan Həsənov və Şəmil Qurbanov Şuşa ilə bağlı şeirlər səsləndiriblər. Azərbaycan filologiyası və jurnalistika fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Laləzar Hüseynova Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümü ərəfəsində tələbələr arasında keçirilmiş  “Havalansın xanın səsi” adlı esse müsabiqəsi barədə iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan filologiyası və jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi, Aprel döyüşlərinin iştirakçısı Elvin Həşimov öz cəbhə xatirələrini bölüşüb.

Sonra esse müsabiqəsinin I yer üzrə qalibi Səma Bayramlı, II yerin qalibi Nuray Babayeva, III yerin qalibi Sevda Əhmədova fakültə dekanı Eldar Piriyev tərəfindən diplomlarla təltif ediliblər.

Tədbir “Şuşa dünən və bu gün” adlı video-çarxın nümayişi ilə başa çatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə