Canveten.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dilçi alim, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş “Repressiyalar milli yaddaşda” adlı tədbir keçirib. Tədbirdə AMEA-da və ali təhsil müəssisələrində Bəkir Çobanzadə yaradıcılığını tədqiq edən alimlər və tələbələr iştirak ediblər. Çıxışlardan əvvəl Bəkir Çobanzadənin həyat və yaradıcılığından bəhs edən, MEK tərəfindən hazırlanmış avtobioqrafik videoçarx nümayiş etdirilib. Mayın 15-də dilçi alim Bəkir Çobanzadənin doğum gününün olduğunu xatırladan MEK direktoru Leyla İmanova keçirilən tədbirin Azərbaycan milli yaddaşına verə biləcəyi töhfədən, MEK-də bu kateqoriyaya aid məlumatların sistemli şəkildə mühafizə olunmasından bəhs edib. Daha sonra çıxış edən professor Adil Babayev B.Çobanzadənin dilçilik, ədəbiyyatşünaslıq və türkologiya sahəsində elmi və elmi-təşkilati fəaliyyətindən danışıb. Azərbaycan filologiya elminin baniləri M.Dadaşzadə, M.Şirəliyev, F.Qasımzadə, Ə.Dəmirçizadənin B.Çobanzadənin yetirmələri olduğunu deyib. BDU-nun kafedra müdiri, professor Ramiz Əsgər, Filologiya fakultəsinin dekanı Elçin Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları İsimxan Osmanlı, Nizami Muradoğlu B.Çobanzadənin elmi irsində ümumtürk lüğəti və әdәbi dili çalışmaları mövzusunda çıxış ediblər. Professor Yeganə İsmayılova C.Qasımovun müəllifi olduğu, B.Çobanzadənin həyat və fəaliyyətini, elmi yaradıcılığını incələyən “Bəkir Çobanzadə” tədiqat əsəri haqqında fikirlərini bölüşüb. Tədbirdə həmçinin Macarıstanın Türkiyədəki sabiq səfiri, professor Yanos Hovarinin video-müraciəti nümayiş etdirilib. Müraciətdə alimin Macarıstanda təhsil aldığı Eötvöş kollecinin kitabxanası, dərs auditoriyaları, türkologiyaya dair dəyərli mənbələr və başqa bioqrafik məqamlar nümayiş etdirildi. Qeyd edək ki, tədbirdə müzakirə edilən çap və elektron materiallar ilə oxucular MEK-də tanış ola bilərlər. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Filologiya elmləri doktoru, professor Cəlal Qasımov tariximizdə nəhəng abidə yaratmış Bəkir Çobanzadənin zəngin və çoxşaxəli elmi irsindən danışaraq, Azərbaycan elmi-mədəni və ictimai fikir tarixində prinsipal və əhəmiyyətli mövqeyini, türkologiya elminin formalaşmasında xidmətlərini vurğulayıb. Alimin ədəbiyyat, dil, dil tarixi, dialektologiya, əlifba və s. məsələlərlə bağlı bir çox ilklərə imza atdığınıdeyib. Görkəmli alimin təkcə elmi fəaliyyəti ilə deyil, həm də bədii fəaliyyəti ilə tariximizdə müstəsna rol oynadığını söyləyən C.Qasımov Bəkir Çobanzadə yaradıcılığında onun şeirləri, hekayələri və publisistik məqalələrinin də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bədii əsərlərində əsarət altında inləyən xalqının iztirabının, milləti maarifləndirmək yolunda əzminin əks olunduğunu qeyd edib.
Bütün hüquqlar qorunur © 2024