Təqvim
YAYLAQLARA APARILAN HEYVANLAR SAĞLAM OLMALIDIR (+FOTO)
06 may 2019 - 21:17

Canveten.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, havalar istiləşdikcə heyvanların yaylaqlara aparılması aktuallaşır. Odur ki, heyvanlar yaylaqlara aparılarkən çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

-bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməlidir;

-xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;

-köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;

-köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;

-xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz və onlar baytarlıq mütəxəssislərinin göstərişi ilə kökəltməyə qoyulmaqla çıxdaş edilməlidir;

-köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;

-köç zamanı sürüdən geri qalan heyvanlar (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınmalıdır;

-köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;

Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və yaylaq-otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarınıitirməsinlər. Heyvanların şose və torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.

Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.

Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazionxəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.

Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5—2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5—2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.

Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.

Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba) və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.

İşçilər heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar. Yolda hər cür təhlükəyə qarşı hazır olmalıdırlar. Təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlı-çaylı yerlərdən, kolluqlardan, zəhərli bitkilər olan yerdən, epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan və s.) keçdikdə bütün ehtiyat tədbirləri görülməlidir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə