Təqvim
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərgi-konfrans keçirilib (+FOTOLAR)
06 may 2019 - 20:54

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə Akademiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusundasərgi-konfrans keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərginin açılışı olub.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov ulu öndərin Azərbaycanın müasir tarixində, dövlətimizin tərəqqisində, ictimai-siyasi və sosial sahələrdə rolu  haqqında söz  açıb. O, Heydər Əliyevin gənc nəslin yetişməsində xidmətlərindən, gənclərə göstərdiyi qayğıdan danışaraq ulu öndərin Azərbaycan cəmiyyətində gənclərə kitaba, elm və təhsilə marağı tövsiyə etdiyini vurğulayıb. Qulu Novruzov bildirib ki, hələ sovet dönəmində Heydər Əliyev təhsil sahəsinə böyük önəm verib, Azərbaycan gənclərini keçmiş SSRİ-nin ən mütərəqqi ali məktəblərinə təhsil almağa göndərib. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirildiyini deyən Akademiya rəisi 2007-2015-ci illərdə 3500-dən çox tələbənin xüsusi dövlət proqramı çərçivəsində bütün xərcləri ödənilməklə dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərildiyini xatırladıb. Qulu Novruzov ümummilli liderin humanitar sahədə misilsiz xidmətlərindən danışaraq geniş və hərtərəfli mütaliəyə malik Heydər Əliyevin elmə, təhsilə, kitaba verdiyi dəyərdən bəhs edib.  Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kitab sərgisinin Akademiya əməkdaşları, gömrük orqanlarına yeni qəbul olmuş əməkdaşlar üçün təşkil olunan təlimlərin dinləyiciləri və tələbələr tərəfindən maraqla qarşılandığını vurğulayıb. Qulu Novruzov Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. O, Gömrük Akademiyası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov 1994-1996-cı illərdə ümummilli lider Heydər Əliyevin 4 dəfə kitabxanaya gəldiyini, kitab təqdimatında və açılışlarda iştirak etdiyini deyib. Kərim Tahirov ümummilli lider Heydər Əliyevin kitaba verdiyi böyük dəyərdən söz açaraq onun şəxsi kitabxanasından olan kitabları şəxsən hədiyyə etdiyini deyib.  Ulu öndərin bu nümunəvi addımından və tövsiyəsindən  sonra 17-dən artıq Azərbaycan ziyalısının şəxsi kitablarını kitabxanaya hədiyyə etdiyini nəzərə çatdırıb. O, sərgidə ulu öndərin şəxsi kitabxanasına aid, elmin müxtəlif sahələrini əhatə edən, 300-dək Azərbaycan, rus və ingilis dillərində dünya və Azərbaycan klassiklərinin və bir sıra ədəbiyyat nümunələrinin nümayiş olunduğunu deyib. O, bildirib ki, kitabların bir çoxunda ümummilli liderin qeydlərinə, kitabla bağlı fikirlərinə rast gəlmək olar. Heydər Əliyevin hər zaman kitaba yüksək dəyər verdiyini vurğulayan Kərim Tahirov bu dahi şəxsiyyətin kitabxanaya, kitabxanaçılara hər zaman dərin ehtiramının olduğunu da diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan,  Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov və Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan danışıblar. Ulu öndərin müəllimə, elmə, təhsilə verdiyi yüksək dəyərdən söz açıblar, həmçinin kitabın və mütaliənin gənc nəslin tərbiyəsində vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Akademiya rəisi Qulu Novruzov Milli Kitabxananın direktoru Kərim Tahirova Akademiyanın “Fəxri qonaq” plaketini təqdim edib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə