Təqvim
SABAH qruplarının BDU-nun 100 illik yubileyinə həsr etdiyi Bilik yarışmasının mükafatlandırma mərasimi keçirilib (+FOTOLAR)
24 aprel 2019 - 23:51

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə həsr olunan Bilik yarışmasının mükafatlandırılma və bağlanış mərasimi keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxnümayiş etdirilib.

Rektor Elçin Babayev Bilik yarışmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, cari ilin fevral-mart aylarında Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə keçirilən Bilik Yarışmasında məqsəd SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və inkişafına təkan verməkdir.Təhsil, elm, bilik, savadın gələcəyə açılan qapı və məsuliyyət olduğunu deyən rektor Prezident İlham Əliyev tərəfindən imzalanan hər on sərəncamdanən azı 2-3-nün məhz gənclərlə, onların təhsili, sosial həyatıilə bağlı olduğunu deyərək bunu gənclərə göstərilən diqqət və qayğının bariz nümunsi kimi təqdim edib. Qeyd edib ki, tələbələr bundan düzgün şəkildə bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rihafı, davamlı inkişafı naminə çalışmalıdırlar. SABAH qrupları ilə bağlı danışan rektor onu kifayət qədər uğur qazanmış layihə kimi təqdim edib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişləri daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. 

         Bilik Yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri iştirak edib. İştirakçıların sayı ötən illə müqayisədə 40% artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Yarışmanın birinci mərhələsində 689,ikinci mərhələsində 161 tələbə iştirak edib, 28 tələbəfinal mərhələsinəvəsiqə alıb, onlardan hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.

Sonra qaliblər təltif edilib. Riyaziyyat üzrə bilik yarışmasında Süleyman Bağırov birinci, Rübabə Hüseynova ikinci, Aygül Bayramova isə üçüncü yerin qalibi olublar. Qalibləri hər üçü BDU-da təhsil alırlar.

Müəllimlik üzrə keçirilən bilik yarışmasında birinci yerə Mərziyyə Əzməmmədova (BDU), ikinci yerəÇərkəz Kazımova (ADPU), üçüncü yerə isə Flora Bayramova (BDU) layiq görülüblər.

İnformatika üzrə bilik yarışmasında birinci yerə Süleyman Bağırov (BDU), ikinci yerə  Aygül Bayramova (BDU), üçüncü yerə isəMurad Qaraşov (ADİU) layiq görülüblər.

Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin üzvləri, müvafiq ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, SABAH əməkdaşları, SABAH tələbələri və könüllüləri iştirak ediblər.

Qeyd edək ki, tədbir Bilik yarışlarının mahiyyətini və uğurlarını özündə əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə