"Ermənilər kimi" tariximizi məhv edənlər kimlərdir?... - PREZİDENTƏ MÜRACİƏT

Təqvim
"Ermənilər kimi" tariximizi məhv edənlər kimlərdir?... - PREZİDENTƏ MÜRACİƏT
22 aprel 2019 - 15:44

Möhtərəm prezident!!! Cənab Ali Baş Komandan İlham Əliyev!!!
Hörmətli I vitse Prezident ,UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva!
Tarixi abidələrimizə qarşı ölkəmizin öz vətəndaşları tərəfindən vandallıq edilir. Dünən XII əsr abidəsi, Qala divarlarımızın içərisində kimin üçünsə obyekt, gəlir mənbəyi olan bir tikintinin aparıldığını görüb dəhşətə gəlmişəm. 
Özünüz də gözəl bilirsiniz ki, 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhərin Ümumdünya İrs Siyahısına salınması haqqında məsələyə baxılmış və Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi (Qız qalası və Şirvanşahlar Saryı Kompleksı də daxil olmaqla) Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir. UNSCO tərəfindən tarixi abidələrimizin Ümumdünya İrsi siyahısına salınmasında Siz Mehriban xanım Əliyevanın danılmaz rolu vardır! 
Biz öz tariximizi qorumalıyıq. Ona sahib çıxmalıyıq. 
Dəyərli prezidentim, xoşməramlı Mehriban xanım! 
Mən çox gözəl bilirəm ki, Siz və Mehriban xanım, beynəlxalq müstəvidə siyasi və Vətənimiz üçün həlli vacib məsələlərin istiqamətində işlər görürsünüz. Məni bağışlayın, Sizdən üzr istəyirəm ki, hətta tikinti məsələsinə görə də Sizə müraciət etməli oluruq. Çünki o boyda Qala divarları arasında artıq boz sementdən bir gəlir mənbəyi ucaldılır, bunu isə əlaqədar təşkilatlar və məmurlar görmədən gəlirlər. 
Qız Qalası bizim qız bakirəliyimizdir, Bizim Tariximiz, keçmişimiz və bu günümüzdür!!! Ölkəmizə gələn qonaqlara, turistlərə Qala divarları arasındakı tarixi məkanları və abidələri böyük həvəslə, vüqar hissi ilə göstəririrk. Özünüz də bilirsiniz ki, Qalanın içərisində qədərincə restoranlar, yeyib-içmək yerlləri vardır. Əlbəttə qonaqların və turistlərin Qala divarları arasında dincəlmələri üçün heç bir problem yoxdur. Lakin tarixi abidələr olan məkanlar yeyib-içmək yeri deyil, könlün,zövqün oxşanılması , öyrənmək üçün vacib olan səyahət məkanıdır. Bu tarixi yerlərlə biz öz qədimliyimizi və mədəniyyətimizi sübut edirik!
Dəyərli prezidentim İlham Əliyev!
UNESCO-nun xoşməramlı səfiri , mərhəmətli Mehriban xanım Əliyeva!
XII əsr abidəsi, Qala divarlarımızın içərisində baş verən özbaşnalığın dayandırılmasına sərəncam verməyinizi xahiş edirəm!!! Tarixini məhv edən ölkənin, sonra tarixidən danışmağa haqqı olmur. Ona yadellilər yiyələnirlər!!!
Hörmətlə, jurnalist Aida Eyvazlı.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə