Təqvim
Baqajını yarı yolda qoyub sərhədi keçən əcnəbi vətəndaşın əl yüklərində nələr aşkar edildi? (+FOTO)
11 aprel 2019 - 14:34

Canveten.az xəbər verir ki, Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik vasitə və psixotrop maddə-nin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinә cәhdin qarşısını alıblar.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından daxil olan “Volvo” markalı, 69E20710 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı 3 ədəd kisə və 1 ədəd əl yükünün sahibi müəyyən olunmayıb.

İran vətəndaşı olan avtobus sürücüləri həmin yüklərin pakistanlı bir şəxsə məxsus olduğunu və onun yanındakı başqa bir nəfərlə İran gömrüyündə avtobusdan enərək piyada yolla Azərbaycan Respublikasına daxil olduğunu, hazırda isə Astara gömrük postunun çıxış qapısında avtobusu gözlədiklərini bildiriblər.

Sonra şəxsiyyəti müəyyənləşdirilən həmin şəxslər, Pakistan İslam Respublikasının vətəndaşları Khan Noor Khan Jamal oğlu və Butt Amjad Javed Hussain Fazal oğlu Astara gömrük postunun avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət olunublar. Orada Khan Noor Khan Jamal oğlu sözügedən yüklərin ona məxsus olduğunu bildirib.

Daha sonra Khan Noor Khan Jamal oğlunun iştirakı ilə ona məxsus əl yüklərinə rentgen aparatında baxış keçirilib. Baxış zamanı 3 ədəd kisənin içərisində şübhəli cizgilər müşahidə edildiyindən həmin yüklər kinoloji xidmət itinin tətbiqi ilə təkrar yoxlanılıb. “Volter” ləqəbli xidməti it kisələrə reaksiya verdiyi üçün həmin yüklər bu dəfə əsaslı şəkildə yenidən yoxlanılıb.

Nəticədə, 3 ədəd kisədə olan 39 ədəd gödəkçənin astarının içərisində cəmi 106 ədəd bağlamada, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 3 kiloqram 260 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb. Bununla yanaşı, adıçəkilən Pakistan vətəndaşının əl çantasında isə üzərində “Alprazolam 0.5 mg” yazısı olan 43 ədəd dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı”na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə