Təqvim
Heyvanların fassiolyozuna qarşı mübarizə tədbirlərinə dair tövsiyə (+FOTO)
02 aprel 2019 - 21:54

Canveten.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, heyvanlar arasında baş verən parazitar xəstəliklərdən biri də fassilyozdur. Fassiolyoz xəstəliyi heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədir. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənək xəstəliyi də deyirlər.

Bu xəstəlik respublikanın bütün zonalarında aran və dağətəyi ərazilərində yayaılıb.

Qeyd edək ki, fassiolyoz iti və xroniki formada getməklə heyvanın tələfatına gətirib çıxarır.

Fassiolyoz Azərbaycanda qaramal, camış, zebu, qoyun, keçilər arasında geniş yayılmış başlıca helmintozdur.

Heyvanlarda əsasən xəstəliyi nəhəng fassiolanın cavan formaları törədirlər. Qoyunlarda iti formali fassiolyozunkliniki əlamətləri adətən yoluxmanın 60-90-cı günlərində daha aydın görünür. Xəstə heyvan qısa müddətdə halsızlaşır, yemdən qalır, selikli qişaları solğunlaşır, bədən hərarəti 1-1,5 oC artır, heyvan tez-tez su içir, qarın nahiyəsi həcmcə böyüyür. Qarın boşluğuna qanlı maye toplandığına görə nəfəsalma çətinləşir, təngnəfəslik baş verir. Ona görə də heyvan qabaq ayaqlarını aralı qoymaqla döş nahiyəsini yuxarı tutmağa çalışır. Bəzi hallarda heç bir kliniki əlamət görünmədən qaraciyərin zədələnməsi və qanaxmadan xəstə heyvanlar qəflətən ölür.

Otlaqda yoluxmanın qarşısını almaq məqsədilə heyvanlar şirin su ilbizləri yaşadığı su arxları, axmazlar ətrafında, bataqlıq sahələrdə otarılmamalıdır. İlbizlərin miqdarını azaltmaq üçün bataqlıq sahələri, şirin suyu olan axmazlar qurudulmalı, lazımsız su arxları ləğv edilməli, suvarma kanallarından suyun sızmasının, artezian quyularından suyun örüşlərə başlı-başına (səmərəsiz) buraxılmasının qarşısı alınmalıdır.

Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:

a)qaramal, camış və zebular ildə iki dəfə mart-apreldə və oktyabr noyabrda; kökəltməyə qoyulmuş 6 aylıqdan yuxarı mallar (yalnız yoluxmuş qrupda) bir dəfə, heyvanları kökəltməyə qoyan kimi dehelmintizasiyaedilməlidir;

b)yaylaq qışlaqlardan istifadə edən köçəri qoyunçuluq təsərrüfatlarında heyvanlar ildə iki dəfə mart-aprel və oktyabr-noyabrda dərmanlanmalıdır;

Qoyunları yaylaqda köçürülməyən və daimi fassiolyoza görə qeyri-sağlam qışlaqlarda saxlanılan təsərrüfatlarda ildə 2-3 dəfə 1-1,5 ay fasilə ilə sentyabr-noyabr-yanvarda dərmanlamalar aparılmalıdır. Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyaların konkret aparılması vaxtları hər bir bölgədə xəstəliyin epizootoloji situasiyası nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən dəqiqləşdirilə bilər.

Heyvanlarda fassilyoz xəstəliyinə qarşı müalicə-profilaktikaişləri heyvan sahibinin hesabına aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, fassiolyoza qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatına uyğun baytar həkiminin təyinatı, tövsiyəsi və iştirakı ilə aparılmalıdır!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə