Təqvim
"Diqlas" TM-də 1000-dən çox olan icarədarın zərərini kim ödəyəcək?... - Osman Gündüz soruşur
27 mart 2019 - 20:13

Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur.
Bu gün 1000-dək mağazası olan DİQLAS Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər.
Dünyada artıq bu tip ərazilərdə, bu tip obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur.

İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın ? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın ?
Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı xidmətlər təklif olunurdu?
Indi onların zərərini kim ödəməlidir ? 
Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir.

Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəszizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil.

Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki , mövcud resurslarla yalnız kənara yayılmanın qarşısnı almaq mümkün olacaq. Odur ki , bu məsələlərə yenidən baxılması doğru olardı.

Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi Könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir ? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub.
Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik, biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik, onların fədakarlığını yüksək qiymətləndirirk.

Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir.
Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə