Canveten.az xəbər verir ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 29 mart 2019-cu il tarixində, saat 13:00-da Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev, əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu çıxış edəcəklər. Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025