Təqvim
BÖLÜNƏNLƏR (+FOTOLAR)
21 mart 2019 - 19:04

Canveten.az xəbər verir ki, multikulturalizm tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bu günkü yaşam tərzi ilə deyil, həm də
yaratmış olduğu ədəbi- bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

2019-cu il Mart ayının 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Multikultural layihəsi çərçivəsində olan “Bölünənlər” adlı tamaşasının premyerası Opera Studiyasında baş tutdu. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, prodüseri professor Mina Hacıyeva, quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqraf Solmaz Arti olan tamaşanın məzmunu olduqca maraqlıdır. Belə ki, yeddi müxtəlif ölkə və dövrlərin sevgi əhvalatını tərənnüm edən tamaşa “ən mükəmməl sevgi, ağlasığmaz sonluq” şüarı altında tamaşaçılara təqdim olundu. Bəşər övladına bəxş edilən ali hiss sayılan sevgi, ehtiraz, emosionallıq bu tamaşada parlaq şəkildə öz əksini tapmışdır.

Tamaşaya “Bölünənlər” adının verilməsi də təsadüfi deyildir. Ən mükəmməl sevgi hissələrini aşılayan tamaşada sevginin təkcə bioloji varlıqlar arasında deyil, dünyanın müxtəlif ölkələrində, bir-birinə yad insanların arasında da mümkün olduğunu isbat edir.

Sözü gedən tamaşanın proqramında dünyanın dahi yazıçı və dramaturqlarının əsərləri yer almışdır: Nizami Gəncəvi “Leyli və Məcnun”, Hilermo Figeyredo “Ezop”, Herman Hesse “Sidhartha”, qədim Çin əfsanəsi “Ağ ilanın əhvalatı”, Uilyam Şekspir “Romeo və Culyetta”, Nəcib Məhfuz “Rodopis”, U.Şekspir “Otello” . Bütün bu adı çəkilən əsərlərdə sevgi müxtəlif səpkidə - maneə, haqq, ehtiras, mümkünsüzlük, qarşılıqsız, qınaq, zövq formasında təsvir olunmuşdur.

Tamaşada həmçinin maraqlı rəqs nömrələri – hind və çin rəqsi yer almışdır. Aktyor qismində isə Bakı Musiqi Akademiyasının istedadlı tələbələri uğurla çıxış etdilər: Leyli-Nəzrin Quliyeva, Məcnun-Toğrul Salmanov; Kleya-Ofelya İsgəndərova, Ezop-Coşqun Qadaşov; Kamala-Syuzan Pirəliyeva, Sidhartha- Ramazan Babayev; Susu-Aytac Nəcəfova, Süsiyen-Murad Hacırzalı; Cülyetta- Elnarə Saramanova, Romeo-Əsəd Əsgərov; Rodopis-Aytac Qasımova, Tahu-Fərid Əli; Dezdemona-Ləman Rəhmətova, Otello-Elvin Vahidov.

Tamaşada izləyici qismində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri də iştirak edirdilər. Bu səpkidə ilk dəfə səhnələşdirilən “Bölünənlər” tamaşasının premyerası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq, hətta yenidən səhnələşdirilməsi arzu olundu.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə