Təqvim
AMEA-nın Polimer Materialları İnstitutunun alimlərinin Sumqayıt məktəblərində “Elm günü”nə həsr olunmuş görüşləri keçirilib (+FOTOLAR)
18 mart 2019 - 23:05

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli 1/5 №-li qərarı ilə təsdiq edilmiş tədbirlər planına əsasən AMEA-nın Polimer Materialları İnstitutunun alimlərinin Sumqayıt şəhər Təhsil şöbəsi ilə birgə orta məktəblərdə “Elm günü” ilə əlaqədar şagirdlərlə görüşləri keçirilib.  

         “Elm günü”nə həsr olunmuş görüşlər Sumqayıt şəhər N.Tusi adına 12 №-li və Fəxrəddin Piriyev adına 18 №-li tam orta məktəblərində təşkil olunub. Görüşlərdə giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini k.ü.e.d. Kazım Quliyev iştirakçılara ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və bu gün münasibəti ilə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. Sonra institutun Elmi katibi k.ü.f.d., dosent Solmaz Rzayeva Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi və Sumqayıt regionunda fəaliyyət göstərən AMEA-nın Polimer Materialları İnstitutu haqqında ətraflı məlumat verib. O, çıxışında XIX əsrin dahi kimyaçılarından biri olan görkəmli rus alimi Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri qanunu və dövri cədvəlinin kəşfindən danışıb. Ensiklopedik biliyə malik olan alimin həyatı, elmi fəaliyyəti və çoxşaxəli yaradıcılığından bəhs edən Solmaz Rzayeva qeyd edib ki, 1984-cü ildə Dmitri Mendeleyev YUNESKO tərəfindən bütün dövrlərin və xalqların ən böyük alimi elan olunub.

         Hər iki tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb. “Elm günü” çərçivəsində təşkil olunan görüşlərin  məqsədi məktəblilərdə elmə marağın artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə