Təqvim
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib (+FOTOLAR)
15 mart 2019 - 20:03

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə 15 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktik konfransı başlayıb.

         Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq müasir dövrdə aqrar sahənin aktual problemlərindən biri olan sığortanın tətbiqi, bu sahədə mövcud olan problemlər və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışaraq  konfransın işinə uğurlar arzulayıb.

  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək konfransın elmi-praktik əhəmiyyətindən danışıb.

Konfransda iştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü, TRASİM Şirkətinin Baş Direktoru Yusuf Cemil Satoğlu Türkiyə Respublikasının kənd təsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrar sığortada yeni çağırışlar barədə məruzələr ediblər.

       Konfransın plenar hissəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta  fəaliyyətinə nəzarət departamentinin idarə rəisi Firdovsi Ağaşirinov, Standart İnsurance sığorta şirkətinin idarə heyətinin sədri Anar Sadıxov, Atəşgah sığorta şirkəti ASC-nin Gəncə filialının direktor müavini Orxan Qurbanov, ADAU-nun maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov,  ADAU-nun dosenti Zakir Ömərov, Samux rayonu DAİM-in direktoru Rahil Həsənov, Goranboy rayonu DAİM-in direktoru Ziyad Ələkbərov, Samux rayonundan fermer Nəriman Ələkbərov, Şəmkir rayonundan fermer Elşən Süleymanovun da məruzələri dinlənilib.

      Qeyd edək ki,  konfrans aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası, “Elektron kənd təsərrüfatı” informasiya sistemində yeniliklər adlı istiqamətləri əhatə etməklə, bölmələrdə  60-dan çox məruzə dinləniləcək. Konfransın materialları dərc olunaraq müəlliflərə paylanılıb.

            

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə