Təqvim
Mərkəzi Elmi Kitabxana media qurumlarına elektron arxivlərin etibarlı mühafizəsini təklif edir (+FOTOLAR)
14 mart 2019 - 19:51

Canveten.az xəbər verir ki, martın 14-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Əməkdaşlıq müqavilələri çərçivəsində MEK-də formalaşdırılmış kolleksiyalar” adlı tədbir keçirib.

            MEK-in Kitabxana-xidmət şöbəsinin Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Əliyeva kolleksiyalar haqqında təqdimatla çıxış edib. Bildirib ki, MEK ötən müddətdə bir sıra qurumlarla əməkdaşlıq həyata keçirib, memorandumlar imzalayıb. O, Ombudsman Aparatı, BDU-nun Elmi Kitabxanası və Jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası, Türkiyənin İldırım Bəyazid Universiteti Kitabxanası, Misir Milli Kitabxanası və Arxivləri ilə imzalanmış müqavilələr haqqında ətraflı məlumat verib. Müqavilələrdə əks olunan bəndlərə uyğun olaraq kitablar və digər qiymətli sənədlər MEK-in elektron kataloquna daxil edilib.

            MEK-in media ilə, dövri mətbuatla əməkdaşlığından söz açan A.Əliyeva Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi haqqında məlumat verib. O, nümunə olaraq “Yeni Azərbaycan”, “Azərbaycan”, “İki sahil”, “525-ci qəzet” və “Olaylar” qəzetlərinin adını çəkib. Təqdim edilən nüsxələr mövcud qaydalara əsasən işlənərək MRY bazasına daxil edilib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş haqqında da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycana aid informasiyanı idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılan MRY bazası artıq elmiləşib. Aygün Əliyeva imzalanmış müqavilələr çərçivəsində müxtəlif yerli və xarici qurumlara MEK tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sənədlərin təqdim edilməsini, birgə sərgilərin təşkilini, beynəlxalq elektron bazalara çıxışın əldə edilməsini vurğulayıb.

            Tədbirdə Ombudsman Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova milli irsimizə, mədəni dəyərlərimizə göstərdiyi diqqətə görə MEK-ə təşəkkür edib. MEK və Ombudsman Aparatının ötən ay reallaşdırdığı “Açıq kitabxana” layihəsindən söz açıb. O, Ombudsman Aparatının bu əməkdaşlıqda hər zaman maraqlı olduğunu bildirib. Çox zaman kitabxana əməkdaşlarının fəaliyyətinin kölgədə qaldığını deyən Azadə Novruzova qeyd edib ki, MEK-in çalışmaları, gördüyü işlər, icra etdiyi layihələr bunu aradan qaldırıb.

            BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının əməkdaşı Samir Xalidoğlu MEK-in tədbirlərini, fəaliyyətini daim mediadan və sosial şəbəkələrdən izlədiyini, təqdir etdiyini bildirib. Qeyd edib ki, kitabların yazılması ilə yanaşı onu geniş auditoriyaya təqdim etmək, rəqəmsallaşdırmaq da böyük əhəmiyyət daşıyır. S.Xalidoğlu məhz bu cəhətdən MEK ilə BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlığının müsbət olduğunu deyib.

            Sonda MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxana ilə memorandum imzalayan bütün təşkilatlara təşəkkür edib, aparıcı media qurumlarına elektron arxivlərinin etibarlı mühafizəsi üçün MEK-ə təqdim edilməsi ilə bağlı müraciət edib, daxil olan sənədlərin ciddi şəkildə sistemləşdirilməsi, ictimailəşdirilməsi barədə məlumat verib, bu çalışmaların müsbət nəticələr doğurduğunu söyləyib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə