Təqvim
BSU-da “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib (+FOTOLAR)
14 mart 2019 - 11:12

Canveten.az xəbər verir ki, martın 12-də Bakı Slavyan Universitetində (BSU) Yel çərşəbnəsinə həsr olunmuş “İlaxır çərşənbə səfirlərlə” adlı təntənəli tədbir keçirilib. Bayram tədbirində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Məltəm Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət işləri üzrə məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgiy Selskiy, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Sahibə Qafarova, Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin, “Kaspi” mətbuat və təhsil mərkəzinin rəhbəri Sona Vəliyeva, “İki  sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev,  təhsil eksperti, professor  Şahlar Əsgərov və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru rektoru, professor Nurlana Əliyeva hər il olduğu kimi bu il də yazın gəlişinin BSU-da xüsusi ab-hava ilə qarşılandığını bildirib, Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açıb. Rektor vurğulayıb ki, Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edən  N. Əliyeva xalqımızın milli adətlərini, süfrə mədəniyyətini dünya xalqlarına sərgiləmək məqsədilə xarici ölkə səfirlərinin tədbirə dəvət olunduğunu diqqətə çatdırıb. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyeva deyib: “Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində milli ideologiyamızın əsas elementlərindən birinə çevrilmiş və dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaratmışdır”. Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firəvanlıq arzulayıb.

Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O vurğulayıb ki, Azərbaycan xalqının ruhunda multikulturalizm, tolerantlıq yaşayır. M. Zabelin deyib: “Ulu Öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda Novruz bayramı uzun illərdir xüsusi təntənə ilə keçirilir. Yaxın gələcəkdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm”.

Sonra BSU-nun yerli və əcnəbi tələbələri müxtəlif dünya dillərində bayram təbriki səsləndiriblər.

Tədbir çərçivəsində rektor, professor Nurlana Əliyeva tərəfindən Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsində qalib gələn BSU-nun  “Kaspi” komandasının üzvlərinə və Belarusun Minsk şəhərində keçirilən "54-cü Ulduz yürüşü" adlı beynəlxalq tədbirdə iştirak edən bir qrup fəal tələbəyə diplom verilib.

Mərasimin davamında Əməkdar artist, cazmen Cavan Zeynallı öz ifası ilə tədbirə daha da maraq qatıb. Sonra tədbir BSU-nun “Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə