“ALLI-GÜLLÜ NOVRUZUM” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin töhfəsi

Təqvim
“ALLI-GÜLLÜ NOVRUZUM” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin töhfəsi
04 mart 2019 - 20:24

Canveten.az xəbər verir ki, dərələrdən yel kimi, təpələrdən sel kimi keçib gedən, odun hənirtisi ilə torpağa canlanma gətirən, YUNESKO tərəfindən beynəlxalq status alaraq bütün dünyada qeyd edilən Novruz bayramı yavaş-yavaş ölkəmizə gəlməkdədir. Dörd ünsürü dörd çərşənbəsində ehtiva edərək, bayramın ictimai, sosial, etnoqrafik mahiyyətini və bəşəri dəyərlərini dünyaya tanıdan, keçmişimizi, bu günümüzü dəyərləndirərək, gələcəyimizə işıq saçan Novruz mövzusunun dekorativ-tətbiqi və təsviri sənətimizdə əksi isə hər zaman milli mədəni irsimizin tanıdılmasını qarşısına məqsəd qoyan “NUR Art House” sənət məbədində təşkil olunan“Allı-güllü Novruzum” sərgisi ilə sənətsevərlərə təqdim edilir.

Yeniliyi, inkişafı dəstəkləyən, gənclərimizin mədəniyyətimizin zənginləşdirilməsinə və təbliğinə cəlb olunmasınıi təşviq edən “NUR Art House” bu dəfə də ənənəsinə sadiq qalaraq meydanı peşəkar sənətkarlarımıza və gənclərimizə verdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsində “Sənətşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqinə geniş imkan yaratmaqla yanaşı, onlara tanınmış sənətkarlarla canlı ünsiyyət quraraq sənəti ustaddan öyrənmək imkanı əldə etdilər. Nəticədə isə gənclərimiz təəssüratlarını sənətsevərlərlə bölüşmək üçün 05 mart 2019-cu il tarixində saat 19.00-da qalereyada “Allı-güllü Novruzum” adlı sərgini araya-ərsəyə gətirdilər.

Novruz bayramı münasibətilə təşkil edilən sərgi milli adət-ənənələrimizin təbliği, insanlarda milli mədəni dəyərlərə hörmətlə yanaşmağın vacibliyini tərənnüm etməklə yanaşı, bayramın atributlarının nümayişini də nəzərdə tutur. “Azərbaycan xalçaçıları” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Eldar Hacıyevin, Bədirə Əliyevanın, Rauf Əbdülhüseynoğlunun, Mehriban Xəlilzadənin, Rusiya və Özbəkistan Rəssamlar ittifaqlarının üzvü Mehriban Əliyevanın, Elmira Qasımovanın, Sevinc Paşayevanın, Nailə Quliyevanın, Məhbubə Məmmədovanın bir-birindən gözəl, xalça, bədii tikmə, batika, keçə nümunələri, rəngkarlıq əsərləri məhz bu ideyanın tərənnümünə həsr edilmişdir.

Sərgi boyu hər çərşənbə axşamı bir etnoqrafik bayrama çevrilərək, “Sənətkardan öyrənək” ənənəsinin davamı kimi, müxtəlif mövzularda ustad dərsləri ilə müşayiət olunacaq.

Beləliklə, İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House” sənətsevərləri 05 mart 2019-cu il tarixində saat 19.00-da “Səməni ətirli, bahar nəfəsli Novruz bayramı” sərgisinə dəvət edir.

 

Professor Röya Tağıyeva

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə