Təqvim
Əxlaqsızlıq yuvası yandırıldı...
21 fevral 2019 - 14:22

Əxlaqsızlıq yuvalarının təşkilində və qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Şahin Səfərov və Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Səid Cəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Teleqraf.com xəbər verir ki, əxlaqsızlıq yuvası təşkil etmək məqsədi ilə Şahin Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub.

 

“Araz”da əxlaqsızlıq yuvası

 

O, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində “Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb.

Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddətdə Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova (cinayət işində qadınların ad-soyadı şərtidir – red.) və istintaqa adları məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüblər.

 

Görüşü təşkil edən nəzarətçilər

 

Adıçəkilən qadınların kişi müştərilərlə görüşməsini dəstə üzvləri Kamal Xanmədov, Əhməd Şirinov təşkil ediblər. Onlar bar otağında tanış olanları xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarına gətiriblər.

Məlum olub ki, qadınların kişi müştərilərlə görüşü üçün otağın hər 20 dəqiqəsi 25 manata verilib.

Elvin Daşdi isə cinsi əlaqədə olanların otağı tərk etmələrinə, otağın boşaldılaraq səliqəyə salınmasını təmin edib.

 

Əxlaqsızlıq yuvası yandırıldı

 

Dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla “Araz” kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

“Araz” kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb. Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, “Bakı” adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.

Fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birinə çarpayı, bir otağa isə iki çarpayı qoyulub.

 

“Bakı” kafesində intim xidmət

 

Bundan sonra Şahin Səfərov digərləri – Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi, Kamal Xanmədov, Kamal Bəxtiyar oğlu ilə birlikdə oranı işlətməyə başlayıb.

Onlar 2018-ci il fevralın 4-dək kafeni əxlaqsızlıq yuvası kimi saxlayıblar. Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova və digər qadınlar burada yüngül həyat tərzi keçirib, “Bakı” kafesində kişi müştərilərə intim xidmət göstəriblər.

Bu kafedə də Elvin Daşdı hər 20 dəqiqəsi 25 manat pul müqabilində müştərilərə şərait yaradıb.

Elvin Daşdı müştərilərdən aldığı pulu bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Səid Cəlilov və Əhməd Şirinova verib.

Əhməd Şirinov əxlaqsızlıq yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı aparıb və pulları Şahin Səfərova təhvil verib.

Şahin Səfərov əldə olunan gəlirin bir hissəsini gördükləri işə görə əməkhaqqı kimi Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədova verib, qalan hissəsini özünə götürüb.

 

Dəstə üzvü niyə intihar edib?

 

Fevralın 4-də Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki “Dostluq” kafesində intihar edib.

Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində “Bakı”da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Şahin Səfərov və Səid Cəlilovun barəsində cinayət işi başlanıb.

İşdə adıçəkilən digər şəxslər inzibati qaydada cərimə olunublar.

 

Kimlərə cinayət işi açıldı?

 

İstintaq orqanı tərəfindən Şahin Səfərov və Səid Cəlilovun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

3 il sınaq müddəti olmaqla Şahin Səfərov 3 il 5 ay 19 gün, Səid Cəlilov isə 3 il 3 ay 20 gün müddətinə şərti cəza alıblar.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmndən xaric edilməsini, hər iki təqsirləndirilən şəxsin həbs olunmasını istəyib.

Prokurorun protesti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun icraatına verilib.

Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib. Protest təmin olunmayıb.

 

Müəllif: Hacı Zeynalov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə