Təqvim
AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)
20 fevral 2019 - 00:15

Canveten.az xəbər verir ki,  Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər (İEB) Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş dissertantlar və onların elmi rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.  "İctimai elmlər: bu günü və sabahı" mövzusunda məruzə ilə çıxış edən akademik İEB-in son illərdəki fəaliyyətindən, elmi müəssisələrdə həyata keçirilən tədbirlərdən danışıb. Alim işlərin daha da səmərəli davam etdirilməsi istiqamətində tövsiyələrini verib.

Sonra bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

Akademik Nərgiz Axundova bildirib ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, müasir elmin tələblərinə uyğun seçilməlidir. Alim doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələrini tövsiyə edib. 2018-2019-cu tədris ili üçün statistik məlumatları nəzərə çatdıran akademik-katib vurğulayıb ki, bölmə üzrə fəlsəfə doktoru hazırlığı üzrə 44, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 38, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 7 nəfər qəbul olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Bölmənin digər qərarları ilə Fəlsəfə İnstitutunun strukturunda, Milli Azərbaycan Tarixi Muzeyinin isə Elmi şurasının tərkibində dəyişiklik edilib. Tədbirdə həmçinin tarix elmləri doktoru Əsədulla Cəfərovun 70 illik yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edib.

Sonra bir sıra kadr məsələlərinə baxılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə