Təqvim
AzTU-dan olan nümayəndə heyəti YT Parkın istehsal prosesi ilə tanış olub (+FOTOLAR)
15 fevral 2019 - 18:57

Canveten.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ali məktəbin Elm və innovasiyalar departamentinin təşkilatçılığı ilə AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub. Nümayəndə heyətinin tərkibinə AzTU-nun müxtəlif fakültə və kafedralarının rəhbərləri, eləcə də radiotexnika, avtomatika, elektronika, informasiya texnologiyaları və s. kimi sahələr üzrə mütəxəssisləri daxil idi.

Görüş ötən ilin 12 oktyabr tarixində YT Parkı ilə AzTU arasında imzalanmış əməkdaşlığa dair Niyyət Sazişi əsasında baş tutub. Məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq, eyni zamanda əməkdaşlıq əlaqələrinin qurulması olub.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, habelə innovativ müəssisələrin yaradılması bu müəssisənin məqsədlərinə daxildir.  Qeyd edib ki, YT Parkda elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması və alimlərin innovativ elmi layihələrinin reallaşdırılması əsasında xüsusi bir platformanın yaradılması nəzərdə tutulur. 

N.Şükürov YT Parkın elmin kommersiyalaşdırılması istiqamətində uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, son zamanlar bu müəssisədə kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, YT Parkda AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən alimlərin ən son ixtiraları tətbiq olunur. Həmçinin fundamental elm, texnika və istehsalatı bir araya gətirən ciddi elmi tədqiqatlar aparılır.

Rəhbərlik etdiyi müəssisədə əlverişli investisiya şəraitinin yaradıldığını deyən alim 7 il müddətinə YT Park və onun rezidentlərinin vergilərdən azad olunduğunu bildirib. O, YT Parkda respublika əhəmiyyətli cihazların hazırlandığını, istehsal olunan məhsulların daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarıldığını diqqətə çatdırıb.

N.Şükürov texnologiyalar parkında innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin görüldüyünü söyləyib.

O, Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlandığını, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlərin görüldüyünü qeyd edib.

Alim vurğulayıb ki, AzTU ilə YT Park arasındakı əlaqələrin inkişafı elmin istehsalata tətbiqinə mühüm töhfələr verəcək.  

Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Analitik Sınaq Mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və laboratoriyanın müdir müavini Kamal Yusifov onlara mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat veriblər.

Qonaqlar YT Parkda aparılan multidissiplinar təhlillər, beynəlxalq sertifikatlı cihazlar, istehlak mallarında toksik elementlərin təyini və kristallaşmaların öyrənilməsinə dair avadanlıqlarla da tanış olublar.

Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti AzTU nümayəndələrinin böyük marağına səbəb olub.

Nümayəndə heyəti AMEA-nın Təcrübə-Sənaye Zavoduna (TSZ) da baş çəkib. TSZ-nun baş texnoloqu Hüsən Rzayev məlumat verib ki, YT Parkın ilk rezidenti olan bu zavod Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. Bildirib ki, YT Parkda yüksək müalicəvi effektə malik Ağ Naftalan yağı da istehsal edilir ki, yaxın gələcəkdə bu yağın istehsalının genişləndirilməsi və onun dövlət əsaslı sifarişlə satınalınması nəzərdə tutulur.

Sonra qonaqlar 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılan “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olublar. Şirkətin direktoru, tex.ü.f.d. Sənan Məmmədov onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verib.

Qonaqlar YT Parkda olan zirehli jiletlər və pilotsuz uçuş aparatları ilə də tanış olublar. Burada onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

AzTU-nun əməkdaşları kimya texnologiyaları əsasında alınan məhsullar, hərbi təyinatlı məhsulları və ümumilikdə YT Parkda yaradılan innovativ mühiti yüksək qiymətləndirib, birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə