Təqvim
Musiqili Teatrda həftə sonu (+FOTOLAR)
09 fevral 2019 - 04:50

Canveten.az xəbər verir ki,  Azərbaycan Dövlət Musiqili Teatrında həftə sonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr fevral ayının 8-də “Qızıltoy” (O.Kazımi, R.Heydər), 9-da“Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və 10-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Musiqili Teatr balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), rus dilində isə fevralın 8-də saat 13:00-da "Düyməcik”(H.X.Anderson) və fevralın 10-da saat 12:00-da “Birdayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) musiqili əyləncəli nağıl tamaşaları ilə gələcək. 

Həftə sonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Əzizağa Əzizov, Boris Qrafkin, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar -Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Emil Heydərov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Səmədzadə Xasıyev, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Nicat Əli, Telnaz Hüseynova, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Elnur Zeynalov və başqaları ifa edəcəklər.

Musiqili Teatr həftə sonunu yadda qalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatr sevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə