Canveten.az xəbər verir ki, AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun elmi redaktorluğu, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın müəllifliyi ilə “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” adlı yeni nəşri çapdan çıxıb. Üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilmiş, bir sıra əməli təkliflər irəli sürülmüşdür. Monoqrafiyanın materiallarından “Azərbaycanın iqtisadi coğrafiyası” və “Kənd təsərrüfatı coğrafiyası” fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında da istifadə oluna bilər. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025