Canveten.az xəbər verir ki, bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə edilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən əlavə şərtlər daxilində zəruri və kafi şərt göstərilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024