Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib. Tədbirdə AMEA-nın alimləri, MEK əməkdaşları və oxucular iştirak edib. Tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb. Tədbirdə həmçinin kitab müəllifləri və nəşriyyat evləri tərəfindən yeni nəşrlərin elektron versiyasının da MEK-ə təqdim edilməsinin zəruriliyi vurğulanıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Tədbirdə iştirak edən AMEA Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyova, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızı, Xədicə İsgəndərli, ADİU-nun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova, AMEA Folklor İnstitutunun əməkdaşları Vüsal Səfiyeva və Aynur Qəzənfərqızı təqdim edilən sənədlərin elmi əhəmiyyətindən söz açıblar. MEK tərəfindən keçirilən təqdimatların oxu mədəniyyətinin təbliği baxımından faydalı olduğunu söyləyiblər.
Bütün hüquqlar qorunur © 2024