Təqvim
Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb (+FOTOLAR)
01 fevral 2019 - 15:51

Canveten.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb. Dinləyicilərin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.

Texnika elmlər doktoru, professor İqbal Babayev 26 yanvar - Ümumdünya Gömrük Təşkilatının yaranması günü və 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə dinləyiciləri təbrik edib. O, Akademiyada yüksək səviyyədə, yeni fərqli proqramla təlimlərin təşkil olunduğunu, proqramın təkmilləşdirildiyini qeyd edib. Gömrük qanunvericiliyinə olunan dəyişikliklərin təlimlərin proqramında müvafiq dəyişiklikləri zəruri etdiyini vurğulayıb. İqbal Babayev Akademiyanın təlimlərinin gömrük əməkdaşlarının formalaşmasında mühüm rol oynadığını bildirib.

Dövlət Gömrük Komitəsi tərəfindən kadr potensialı ilə bağlı son dövrlərdə aparılan islahatlar və görülən işlərdən bəhs edən Komitə sədrinin müavini gender balansının 10 faizdən 23 faizə çatdırıldığını sözlərinə əlavə edib.

İqbal Babayev beynəlxalq əməkdaşlığın, gömrüklə bağlı universitetlərlə əlaqələrin yaradılmasının vacibliyini qeyd edib. Komitə sədrinin müavini dinləyicilərə fəaliyyətlərində uğurlar arzulayaraq, daim Vətənə, xalqına layiqli xidmət etməyi tövsiyə edib.

Akademiyanın rəisi Qulu Novruzov təlimlərin təşkilində verdiyi dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, təlimlərdə dinləyicilərə bilavasitə gömrük əməkdaşlarının peşə fəaliyyəti zamanı zəruri olan bilik və bacarıqların verildiyini vurğulayıb. Akademiya rəisi təlimin gömrük xidmətində tətbiq olunan yeni innovasiyaların da daxil edildiyi yeni, fərqli tədris proqramı əsasında aparıldığını və dinləyicilərin bu bacarıqlara yiyələndiklərini, praktiki biliklər əldə etdiklərini qeyd edib. Qulu Novruzov təlimlərin keçirilməsinin gömrük xidməti əməkdaşlarının səriştələrinin artırılması üçün Akademiyanın fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. Akademiya rəisi bir ay ərzində əldə etdikləri bilik və bacarıqların, praktik vərdişlərin onlara gündəlik iş fəaliyyətində yararlı olacağına əminliyini ifadə edib.

Tədbirdə dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.        

Daha sonra dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. Bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər. 

Qeyd edək ki, yanvar ayında təşkil olunan təlimlərdə 39 dinləyici iştirak edib. Xidmətə yeni qəbul olunan gömrük əməkdaşlarının növbəti qrupu üçün təlimlər isə fevral ayında keçiriləcəkdir.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə