Təqvim
ADMİU-da "Fiqaronun toyu" nümayiş olunub (+FOTOLAR)
31 yanvar 2019 - 01:14

canveten.az xəbər verir ki,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi 3-cü kurs musiqili teatr aktyoru Nəzrin İsmayılova, bitmeykeriTeleviziya rejissorluğu ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.

Səhnə əsərində Nəzrin İsmayılova (Qrafinya), Əlizamin Abbasov (Qraf Almaviva), Tural Xəlilbəyli (Fiqaro), Fidan Əliyeva (Süzanna), Hüseyn Sadıqov (Bartolo), Ayşən Əsədova (Marselina), Muxran İsmayılov (Kerubino), Jalə Hacızadə (Fanşetta), həmçinin ikinci kurs tələbələri Qüdrət Qurbanzadə (Antonio), Elvin Nuri (Bazil), Əli Heydərov (Don Briduazon) və Fəridə Qurbanova (Fanşetta) çıxış edir. Janrı “maskalı oyun”kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra  ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Musiqili teatr aktyoru kafedrasının müdiri professor İlham Namiq Kamal, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub, tamaşanın özünəməxsus rejissor yozumu, maraqlı plastik həlli, musiqi tərtibatı və aktyor ifası ilə fərqləndiyi vurğulanıb. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə