Təqvim
“MÜBARİZLƏR” – GƏNCLƏR MİLLİ QƏHRƏMANIMIZ MÜBARİZ İBRAHİMOV HAQQINDA FİLM ÇƏKİRLƏR (+FOTOLAR +VIDEOLAR)
21 yanvar 2019 - 18:18

canveten.az xəbər verir ki, son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda artıq 4 film (“BOZQURDUN İNTİQAMI”, DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”) çəkmiş gənc istedadlı yazar, aktyor və rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq. Yaradıcı heyətlə elə çəkiliş meydançasında tanış olduq. Film barəsindəki suallarımızı isə filmin ideya müəllifi, ssenaristi, quruluşçu rejissoru və prodüseri Elşən İsmayıl özü cavablandıraraq qısaca bildirdi ki: “Bu film öncəkilər kimi orijinal süjet və mövzuya malik olsa da, texniki keyfiyyət və hadisələrin daha realist təsviri baxımından əvvəlki filmləri (öz filmlərin nəzərdə tutur) kölgədə qoyacaq... Mövzu, Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu andan sonrakı siyasi-ictimai proseslərə aiddir. Filmdə ssenaristin uydurduğu bədii süjet xətti əsas olsa da, filmin başlanğıc və son səhnələrində, eləcə də obrazlar arası qurulan dialoqların mətnində cəmiyyətimizi düşündürəcək ciddi milli-təbliğati və ümumsiyasi mesajlar vardır... Film, Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunaraq dövlətçiliyimizə, güc strukturlarımıza, şanlı ordumuza mənəvi dəstək məqsədiylə çəkilir...

Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc sənət adamları, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq “Mayor QARAXANLI” rolunda Ceyhun Sadizadəni, “Kapitan AĞHUNLU” rolunda Əkbər Əlini, “ALPARSLAN” rolunda Azər Carleone-ni, “XIDIR” rolunda Şahin Şəbiyevi və s. misal göstərmək olar... Digər rolları isə FARRUKH_JK, Nurullayev AGAKERİM, Murad Rəsulov, Rəsul Babazadə, Elnur  Ağazadə, Ceyhun  Əliyev, Rəsul  Həzin, Natiq  Rəhimxanov və başqaları canlandırırlar.

 

Filmin ikinci rejissoru Azər Carleone, operatoru isə Cahid Ağazadədir.

 

Hazırda filmin qızğın çəkiliş prosesi gedir. Çəkilişlər bitənə qədər sizləri yaradıcı heyətin hazırladığı iki tanıtım videosu ilə tanış edirik. Əsən qalın!

 

Tanıtım videoları:

Yazdı: Filmin Mətbuat Xidmətinin rəhbəri Tural Turan

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ, HUQUQ, İDMAN
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
“Statistika anlayışı və statistik məlumatlara giriş imkanları” – Masallıda seminar 17:03, 26 aprel 2024
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə