Təqvim
Azay Quliyev beynəlxalq təşkilatlara və hüquq-mühafizə orqanlarına müraciət etdi
15 yanvar 2019 - 17:47

“ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyatı qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətirməyə çalışdım”.
 

Canveten.az  xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev özünün "Tvitter" hesabında yazıb.

Azay Quliyevin sözlərinə görə, son günlər xarici mətbuatda bloqer M.Hüseynovla bağlı gedən yazıları və bəzi beynəlxalq qurumların bəyanatlarını təhlil edərək belə bir qənaətə gəlmək olar ki, bir çox hallarda məsələyə verilən reaksiya adekvat deyil və hiss olunur ki, baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir: “Bu isə ciddi narahatlıq doğurur, eyni zamanda, yerli və beynəlxalq ictimaiyyəti çaşdırır və əsl həqiqətin nədən ibarət olduğu haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Məni narahat edən əsas məqamlardan biri də xarici mətbuatda Mehman Hüseynova qarşı yeni cinayət işinin açıldığı və ona daha 7 il həbs cəzası veriləcəyi, bu səbəbdən də onun quru aclıq aksiyasına başladığına görə həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığı barədə həqiqətə uyğun olmayan məlumatların dərc edilməsidir.

ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyəti qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətirməyə çalışdım. Belə məlum oldu ki, Mehman Hüseynovla həbsxana məmuru arasında baş vermiş hadisə araşdırılması üçün prokurorluq orqanlarına göndərilib. Baş vermiş insident obyektiv və ədalətli şəkildə araşdırılır və proses yekunlaşdıqdan sonra onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

M.Hüseynovun səhhətinin ağır və ya az qala ölümcül vəziyyətdə olması haqqında bəzi beynəlxalq təşkilatların bəyanatlarında və xarici mediada gedən yazılara gəldikdə isə, A.Quliyev bildirib ki, bu məlumatların da heç birinin əsası yoxdur: “Rəsmi açıqlamalardan da bəlli olur ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, onun səhhəti normaldır və ona qarşı hər hansı ayrı-seçkiliyə, təzyiqə və ya qanundan kənar hərəkətlərə yol verilmir. Bu faktlar onu həbsxanada ziyarət edən Azərbaycan ombudsmanının nümayəndəsinin, hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin, eyni zamanda, Mehman Hüseynovun özünün yaydığı açıqlamalarda da öz əksini tapıb”.

ATƏT PA-nın vitse-prezidenti ümid etdiyini bildirib ki, M.Hüseynovun hüquqları qanunvericilik çərçivəsində tam olaraq qorunacaq, eyni zamanda bu mövzu ətrafında bundan sonra siyasi manipulyasiyalara yol verilməyəcək: 

“Sonda isə hüquq-mühafizə orqanlarını Mehman Hüseynovla bağlı baş vermiş insidenti obyektiv və ədalətli araşdırmağa, beynəlxalq təşkilatları, səfirlikləri və xarici medianı isə məsələnin mahiyyətini tam bilmədən ona tələsik və birtərəfli reaksiya verməməyə və araşdırmaların nəticələrini gözləməyə çağırıram”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT, ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə