Canveten.az xəbər verir ki, 4-10 yanvar 2019-cu il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistr pilləsində təhsil alan I kurs tələbələr üçün “Harmonik analiz”, “Riyazi fizikanın klassik və müasir problemləri”, “Bərk və maye mühitlərdə rəqslər və dalğaların yayılması”, “Örtüklər nəzəriyyəsi”, "Riyaziyyatın müasir problemləri", II kurs tələbələri üçün isə “Analitik funksiyaların sərhəd xassələri. Sinqulyar inteqral tənliklər”, “Riyazi fizikanın tərs məsələlərinin ədədi üsullarla həlli”, “Optimal idarəetmə nəzəriyyəsinin təqribi üsulları”, “Qeyri-xətti diferensial tənliklər”, "Banax fəzasında xətti tənliklər" fənnindən imtahanlar keçirilib. Keçirilmiş imtahanlar uğurla başa çatıb. Qeyd edək ki, növbəti imtahanlar 11, 16, 17, 24, 30 və 31 yanvar tarixlərində keçiriləcək. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024