Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Kərimov İlqar Hüseynağa oğluna göndərilmiş banderola özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qurudulmuş çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,339 qram olan “Heroin” və 1 ədəd sellofan bükülüdə 0,01 qram “Metamfetamin” dərman preparatı aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025