Gəncədə yeniyetmə oğlanın əlində partlayıcı partlayıb. “Qafqazinfo”nun verdiyi məlumata görə, Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə sakini, 2005-ci il təvəllüdlü Xəyal Zamin oğlu Rüstəmov bədənin müxtəlif nahiyələrinin və sol əlin çoxsaylı yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Valideynləri yeniyetmənin əlində pirotexniki vasitənin partladığını və xəsarət aldığını bildiriblər. Faktla bağlı araşdırma aparılır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025