Mehdi Hüseynzadənin 100 illik yubileyinə əsasən “Şərəfli Ömrün Anları” adlı tədbir keçirildi (+FOTOLAR)

Təqvim
Mehdi Hüseynzadənin 100 illik yubileyinə əsasən “Şərəfli Ömrün Anları” adlı tədbir keçirildi (+FOTOLAR)
21 dekabr 2018 - 21:02

 Canveten.az  xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23iyun 2018 –ci il Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 20dekabr 2018 – ci il “Şərəfli Ömrün Anları” adlı tədbir – sərgi ilə yanaşı Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə (tərcümə edən Fərhad Abdullayev) tərcümə edilmiş, müəllifi tanınmış Sloveniya yazıçısı PeterAmalietti olan, yeni nəşr “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı da keçirildi.Kitab 2013- cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görüb. 2018 – ci ildə Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə tərcüməçi Fərhad Abdullayev tərəfindən dilimizə tərcümə olunub.

Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr1918, Novxanı, Bakı, AXC–2 noyabr1944, VitovleSloveniya) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev,“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabı Azərbaycan dilinə tərcümə edən Fərhad Abdullayev, müqavimət hərəkatının tədqiqatçısıİlham Abbasov, müqavimət hərəkatının iştirakçısı Əli Babayevin oğlu Baba Babayev, Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 № - li məktəbin direktoru Akif Əliyev, Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov çıxış etdilər.

Tədbirdə Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 № - li məktəbin şagirdlərinin hazırladığı bədii hissə nümayiş etdirdilər.

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş “Şərəfli Ömrün Anları” sərgisində qəhrəmanın ömür yolunu özündə əks etdirən, qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov tərəfindən muzeyə daimi verilmiş, muzeyin fondlarında saxlanılan və tədqiqatçılardan əldə edilmiş 100 – dən artıq foto və sənədli materiallar nümayiş etdirildi.

Tədbirdə Mehdi Hüseynzadənin yaxın qohumları, 19 № - li məktəbin müəllim və şagird heyəti və digər qonaqlar iştirak etdilər.


 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə