Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb. Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025